...Dəfələrlə yazmışıq ki, yekələrin körpə və ya balaca uşaqlardan, məktəb yaşlılardan dilənçilikdə alət kimi istifadə etməsi nəinki Allaha, həm də qanunlarımıza, ərazilərə nəzarət edən sahə rəislərinə-polisə ağır gedən əməldir...

Bu gün Ziya Bünyadov prospektinin "Nəqliyyat Nazirliyinin körpüsü" kimi tanınan körpüdən sonra başlanan tuneldə avtomobillərin sürətli hərəkəti fonunda dilənən məktəbli yaşlı uşağı gördüm... Avtomobili saxlamaq mümkün deyildi, amma istədim ki, o uşağı götürüb tuneldən çıxardam, maddi dəstək verərək aidiyyəti üzrə təhvil verəm, yaxud oradakı tüstü və boğanaqdan, səs-küydən, ən vacibi, avtotəhlükədən qurtaram. Amma avtomobillərin sürətli hərəkəti və sıxlığı buna imkan vermədi.

Təəssüflənirəm! Amma həm də ona ki, əraziyə yəqinki polis sahə müvəkkilinin nəzarəti var, yaxud tuneldə kameralar quraşdırılıb. Adətən adi bir qayda pozuntusunu alıcı quş kimi hədəfləyən operatorlar saatlarla həmin təhlükəli ərazidə dilənən uşağı görmürlər? Bu necə intellektual idarəetmə nəzarətidir??? Axı orada təkcə uşağa deyil, həm də sürücülərə əməllicə təhlükə vardır... 

Nə deyim! sürücülərin adi bir diqqətsizliyi görün orada hansı faciəyə meydan ola bilər...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN