Dekabrın 26-da Azərbaycan MSK daha 8 nəfərin prezidentliyə namizədliyini təsdiq edib.

...Sarvan Kərimov (elmi fəaliyyətlə məşğul olub), Abutalıb Səmədov (parlamentin keçmiş deputatı), Fikrət Yusifov (keçmiş maliyyə naziri), Yusif Bağırzadə (keçmiş deputat və MSK-nın keçmiş üzvü), Yunus Oğuz ("Olaylar" qəzetinin baş redaktoru) və Qulamhüseyn Əlibəylinin (parlamentin keçmiş deputatı, Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin keçmiş sədri) namizədliyi təsdiq edilib. Beləliklə, təsdiq olunan namizədlərin sayı 15 nəfərə çatıb.

Buna qədər hazırkı dövlət başçısı İlham Əliyevin, Zahid Orucun (parlamentin insan hüquqları komitəsinin və sosial araşdırmalar mərkəzinin rəhbəri), Fazil Mustafanın (deputat, "Böyük Quruluş" partiyasının sədri), Elşad Musayevin ("Böyük Azərbaycan" Partiyasının sədri), Qüdrət Həsənquliyevin (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri) və Razi Nurullayevin ("Milli Cəbhə" Partiyasının sədri) namizədliyi təsdiq edilib. Namizədliyin qeydiyyatı üçün MSK-ya ən az 60 seçki dairəsindən toplanmış 40 min seçici imzası təqdim edilməlidir. 
Azərbaycanda növbədənkənar seçkilər fevralın 7-nə təyin edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN