Əmlakının qardaşı tərəfindən ələ keçirildiyini iddia edən Qaradağ rayon sakini kömək istəyir

Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 18, mənzil 35-də yaşayan Rzayeva Fəridə Meyli qızı doğma qardaşı Ələmov Rahim Meyli oğlu tərəfindən dələduzluğa məruz qaldığını bildirir.

Şikayətçi yazır ki, həyat yoldaşı Rzayev İltifat Qüdrət oğlu 2012-ci ildə vəfat edib: “2013-ci ildə qardaşım həyat yoldaşımdan qalan mənzili mənim adıma özəlləşdirməsinə köməklik göstərəcəyini bildirdi. Öz dəst-xətti ilə yazdığı icarə kirayə müqaviləsi ərizəsinə savadsızlığımdan, yaşlılığımdan sui-istifadə edərək əsl imzamı atdıraraq məni aldadıb. Övladlarımın adından özünün yazdığı icarə kirayə müqaviləsi ərizələrini saxta imzalarla 45 saylı notariat kontorunun rəisi Tofiq Şükürov Gülabbas oğlu ilə əlbir olaraq təsdiqlədib. Rahim Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti ilə iş birliyi quraraq məndən xəbərsiz adıma gizli yolla saxtakarlıqla bağladığı müqaviləni özündə saxlayaraq məndən gizlədir. Özəlləşmə ərizələrini bir kənara qoyaraq öz niyyətinə nail olub. Adıma aldığı sərəncamla adıma yeni şəxsi maliyyə hesabı açdırıb. Mənzilimi dövlətə satıb və yaxud girov qoyub bilmirəm. Müqavilə sənədi məndə olmadığı üçün tam məlumatım yoxdur. Vəsaiti Beynəlxalq Bankın Yasamal filialından mənim xəbərim olmadan mənimsəyib. Bank mənzilə baxmadan, bizə məlumat vermədən adıma pul verib. Mənə məlum olmayan məbləği qardaşım Ələmov Rahim Meyli oğlu alıb.

Xahiş edirəm, məsələ ciddi araşdırılsın. Bu məsələdə qardaşım Ələmov Rahim Meyli oğluna doğma qardaşlarım Ələmov Yusif Meyli oğlu, Ələmov Akif Meyli oğlu, Ələmov Röşən Meyli oğlu və bacım İbadova Kamilə Meyli qızı, həmçinin 119 saylı MKİS-in keçmiş müdri, hal-hazırda müdir müavini Vidadi Əliyev yaxından köməklik göstəriblər. Sahil qəsəbəsinin icra numayəndəsi və Bələdiyə numayəndəsi azılığım olmadan məndən xəbərsiz gizli yolla AKT tərtib ediblər. 3 saylı Asan Xidmətin Reyestr Şöbəsində çalışan gənc bir qız qardaşım Ələmov Rahim Meyli oğlu ilə əlbir olaraq Dövlət Mülkiyyətli Çıxarışı mənə Xüsüsi Mülkiyyət Çıxarışı kimi təqdim edib. 1 saylı Bakı Şəhər Ərazi Reyestr Xidməti İdarəsi adıma məndən xəbərsiz hesab köçürüb.

13.01.2018-ci ildə mənzilimi satarkən bu məsələnin üstü açılıb. Aidiyyəti üzrə bütün qurumlara müraciət edərək saxta icarə kirayə müqaviləsini, ərizələri təqdim etmişəm, ancaq hələ də saxta ərizələr ekspertizaya göndərməyib, cinayət əməli ört-basdır edilir.

Qaradağ Rayon Məhkəməsində övladlarım saxta ərizələrin ekspertiza cavabını tələb etdi. Hakim Gülnar Əhmədova vəkilimiz Qulamov Ceyhun Oktay oğlu ilə əlbir olaraq iddianı dəyişdirərək, saxta ərizələrin əvəzinə ekspertizaya notariatın qeydiyyat kitabını göndərdilər. Biz bu ədalətsizliyi görüb məhkəməni dayandırdıq. Üç məhkəmə ədalətsizliyi ilə üzləşdim. Saxta ərizələr ekspertiza olunmadan ədalətsiz qərardadlar verildi. Ali Məhkəmənin Qərarından narazı qalıb 19.01.2019-cu ildə Plenium Məhkəməsinə əlavə kasasiya şikayətini poçt vasitəsilə göndərdim. Şikayətim 22.01.2019-cu ildə icrata daxil oldu, ancaq hələ də iddiam sədr Ramiz Rzayevdən gizlədilir. Mülki işimə baxılmır. Dəfələrlə Məhkəmə -Hüquq Şurasına şikayət etmişəm. Heç bir köməklik yoxdur.

Sizdən artıq dərəcədə xahiş edirəm, müqavilə aşkara çıxarılsın, bu məsələ ciddi araşdırılsın. Saxta yollarla adımdan istifadə edilərək mənimsənilən maliyyə vəsaiti dövlətə, mənim mülküm isə qanuni şəkildə özümə qaytarılsın”.

Məsələ ilə bağlı şikayətdə adı çəkilənlərin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN