Avqustun 30-da Bərdə rayonunun Uğurbəyli kəndindən olan şəhid Elzamin Kamal oğlu Təhməzovun adına olan abidə bulaq kompleksinin açılışı olub.

Əvvəlcə şəhidin ailəsi ziyarət olunub. Sonra abidə bulaq kompleksinin üzərinə tər gül dəstələri qoyularaq şəhid yad edilib.

Tədbirdə Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov və böyük məsləhətçisi Ziya İsmayılzadə, millət vəkili Fatma Yıldırımın köməkçisi Fuad Ağayev, “Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri İsmayıl Rüstəmov, QMƏVŞA İcitmai Birliyinin rayon filialının sədri Etibar Hüseynov, şəhidin qulluq etdiyi «N» saylı hərbi hissənin nümayəndələri, döyüş yoldaşları, şəhid ailələri və kənd ictimaiyyəti iştirak ediblər. Tədbir iştirakçıları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaətindən, qanları ilə tarix yazan qəhrəmanlıqlarından söz açıblar.

Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildiriblər.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN