Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümü ərəfəsində keçirilən tədbirlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğalından azad edilməsi uğrunda Vətən Müharibəsində və antiterror tədbirləri zamanı şəhid olmuş sərhədçilərin əziz xatirələrinin anılmasına, qazilərimizə diqqət və qayğı göstərilməsinə xüsusi yer verilib. 

TEZADLAR.AZ Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən xəbər verir kiDövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri tərəfindən İkinci Fəxri xiyabanda və bölgələrdə şəhidlərin məzarları ziyarət edilib.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qazilərimizin və şəhadət zirvəsinə ucalmış şəhidlərimizin rəşadət və qəhrəmanlıq salnaməsi yazdıqları barədə danışılıb, onların Vətən yolunda bizlərə qələbə sevincini yaşadan fədakarlığının yaddaşlardan silinməyəcəyi vurğulanıb.

Şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad olunub, məzarları ziyarət edilərək üzərinə gül dəstələri düzülüb.

dsx-shehidler-e_q_

dsx-shehidler1dsx-shehid1

dsx-shehid2

dsx-shehid-3

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN