Dostum Petya - Pyotr Davıdov İsrailin tanınmış şairidir. Bakıda doğulub, boya-başa çatıb, çalışıb. Çox istedadlı sənət adamıdır, təbii ki, həm də jurnalistdir.

AZƏRTAC-da birgə çalışdığımız vaxtlarda Qarabağın elə bir bölgəsi olmayıb ki, onunla ora ayağımız dəyməsin. Yaxşı yadımdadır, Boris Yeltsin və Nursultan Nazarbayev xüsusi olaraq yollarını Azərbaycana salmışdılar.  Gəlişlərinə də böyük ümid bəslənirdi. Biz jurnalistlər əmin idik ki, əgər Yeltsin Nazarbayevlə gəlibsə, fövqəladə hadisə gözlənilir. Dağlıq Qarabağ separatistlərinə "sakit oturun" deyən tapılacaq, yerli azərbaycanlılara da olsa-olsa məsləhətlər veriləcək. Bir çoxunun görə bilmədiyini yəhudi dostumuz görmüşdü. Yeltsin çıxışında birbaşa məsələyə qiymət verdi. Stabilliklə bağlı ümumi sözlər işlətdi, məsələni ona gətirdi ki, yaxın günlərdə Şimali Qafqazda məsələ müzakirə olunacaq. Orada Azərbaycan, Ermənistan və Dağlıq Qarabağın nümayəndələri iştirak edəcəklər.

Bu o demək idi ki, Azərbaycanın kitabı bağlanmağa gedir, ortaya yeni bir danışıq iştirakçısı çıxır. Elə buradaca yəhudi dostum ani olaraq dodağını dişlədi və fikrini gizlətməyərək birbaşa dedi ki, Rusiya öz mahiyyətini göstərir, Dağlıq Qarabağı tərəf kimi meydana soxur. Bu isə konfliktlərin yeni başlayan vaxtlarına düşürdü. Aradan illər keçdi. Ən azı 30 il biz bu acı həqiqətin ağrısını çəkdik...  
Şuşanın ermənilər tərəfindən işğalından əvvəl də şəhərdəydik. Yerli televiziyaya baş çəkmişdik. Vəziyyətin nə qədər gərgin olduğunun canlı şahidiydik. Bu şahidlik, ağrı-acıların və məhrumiyyətlərin yaşantısı sonradan İsrailə köç etmiş Pyotrın yaradıcılığına da təsir göstərdi. 

Onun Azərbaycanla bağlı şeirlərində Qarabağ nisgili qırmızı xətt kimi keçdi. Dostumla 44 günlük Vətən müharibəsi dönəmində də mütəmadi əlaqədə idik. Tez-tez müharibə ilə bağlı şeirlərini mənə göndərər, fikir bildirməyimi istəyərdi. İndicə xəbər verdi ki, həmin şeirləri, ümumən Qarabağla bağlı daha əvvəl qələmə aldığı nümunələri kitab halında çapa hazırlayır. İstədim ki, bunun sevincini sizinlə bölüşüm. Çünki Pyotr Davıdov həqiqətən bir Azərbaycan sevdalısıdır, paytaxt Bakımızın vurğunudur. Tam əminəm ki, onun Azərbaycanla bağlı ikinci şeir kitabı hər iki Vətənində oxucu auditoriyası toplayacaqdır.

Sizə təqdim etdiyimiz şeirləri Azərbaycan ədəbiyyatının dostu, şair-tərcüməçi Giya Paçxataşvili sevə-sevə dilimizə tərcümə etmişdir.

Əflatun Amaşov       

***

DE, SAVAŞ NƏYƏ GƏRƏK?

De, savaş nəyə gərək?

Bu yerdə kəmsavadam.

Sərfəlidir kiməsə

Müharibə, qan-qada.

 

Ölümcül texnikadan

Çoxu qazanır yaman.

Hər sınağ – savaşlı an,

Gəlir bölgüsü – duman.

 

Gizli siyahıda yoxdu itkilər,

İnsanlar yerinə - tək-tük rəqəmlər.

Savaşlarsız həyat daima hürkər,

Biznesin ürəyi dərhal vərəmlər.

 

Hansı ölüm, haray, qəlb ağrıları,

Dağıntı, ehtiyac onlara dərddir?

Döyüş onlar üçün heç savaş deyil,

Təp-təzə texnika – bu əsl hərbdir.

 

Əgər müharibə sərfəlidirsə,

Onu saxlamağa güc də tapılmaz.

Başda oturanlar müştəridirsə,

“Başları” kəsməyə cürəti çatmaz.

 

Hardandır hesaba yığılan pullar?

Oradakı məbləğ 800 faiz.

Əlində bu qəfər texnika olan

Sizlər olmazsınız heç zaman aciz.

 

Savaşdır, qoy getsin öz axarıyla,

Görmürlər...kor olub pəncərələri!

Nə gərək? Gəliri öz çıxarıyla

Qoy planet partlasın əzəldən bəri!

 

BU DAĞLAR “AZADLIQ” DEYİB HAYĞIRAR

Bu dağlar “Azadlıq” deyib hayğırar,

Tarlalar “Qarabağ” deyib çağırar.

Oyanmış təbiət çöhrəsi gülər:

“Ana torpağımız qayıtdı!” - deyər.

 

İGİDLƏRLƏ ZƏNGİN BU XALQ

İgidlərlə zəngin bu xalq,

Hər gün təkrarlanır bu hal:

“Gəl bağışla” Əsgər qağa –

Geriyə dönməzlər daha!

 

İLHAM ƏLİYEV

İlham Əliyev – Onunla birgə

Vuruşduq sonacan, ümidlə dolu.

Ulu ata oğlu Prezidentimiz

Siyasət yolunda uludan ulu!

 

QƏLƏBƏ GƏLƏNDƏ EVLƏRİMİZƏ

Qələbə gələndə evlərimizə,

Yuxudan qəfildən silkindi Dünya.

Savaş bitdi artıq – Sevincimizə

O da şərik oldu...bu deyil xülya.

 

Raketlər uçuşmur artıq səmada,

Vertolyot torpağın bağrını yarmır.

Qələbə adında gözəl xanımı

Həvəslə evlərə çağırır hamı!

 

Qələbə - sadəlöh xanım deyildir,

O sevir ölümə dik baxanları.

Onun məhəbbəti – ciddi meyildir:

Bəyənir vuruşan, mərd oğlanları!

 

Sadiq oldun əgər sən Qələbəyə,

O, səni özünə məhrəm biləcək.

Baxmadan partlayış, güllə, qəlpəyə,

Uçacağ, yanına mütləq gələcək...

 

Əzmlə deyəcək: “Bitibdir savaş!”

Qolboyun olarsan Qələbəylə sən,

Onu öz evinə dəvət edərsən...

Kpaliça xanımla anlaşmaq üçün,

Evini, ömrünü paylaşmaq üçün!

 

AXIR Kİ, GƏLDİ ZAMANI

Axır ki, gəldi zamanı,

Azad eylədik Şuşanı!

Baha gəldi başa, baha,

Şuşamızın rahatlığı.

P.S. Rus dilindən Giya Paçxataşvili tərcümə edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN