PREZİDENTDƏN DUYĞULU ANLAR...

Məcburi köçkünlər onlara daim diqqət və qayğı göstərən dövlət başçısına minnətdardırlar. Dövlət Komitəsindən ("Qaçqınkom") bildirilib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinin başlamasının birinci ildönümü ilə əlaqədar Türkiyənin “Anadolu” agentliyinə verdiyi müsahibədə məcburi köçkünlərin 30 illik yurd həsrətindən danışıb. 

Dövlətimizin başçısı deyib ki, onlar nə qədər əzab-əziyyət çəksələr də, sınmayıblar, möhkəm dayanıblar. Bunu söyləyərkən ölkəmizin rəhbərinin mütəəssir olması onunla söhbətləşən türkiyəli jurnalisti də təsirləndirib. Müsahibənin bu anı xüsusilə geniş ictimai rezonans doğurub. Məcburi köçkünlər onlara daim diqqət və qayğı göstərən  Prezident İlham Əliyevə, hər zaman onların müraciətlərinə, problemlərinin həllinə həssaslıqla yanaşan Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdardırlar. 

Dövlətimizin başçısının müsahibəsinə münasibət bildirmək istəyən məcburi köçkünlərlə söhbət əsasında hazırladığımız videoçarxları təqdim edirik.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin "Anadolu Agentliyi"nə müsahibə verib. Müsahibə sentyabrın 27-də agentliyin saytında yayımlanıb. 

Türkiyəli jurnalistin Prezident İlham Əliyevə ünvanladığı " Hörmətli cənab Prezident, çox mühüm məsələlərlə bağlı önəmli açıqlamalar verdiniz. Çox təşəkkür edirik. Son bir sual, çox qısa dəyərləndirmənizi almaq istərdim. İşğaldan azad edilən bölgələrə tez-tez gedirsiniz, görüntülər paylaşılır, biz xəbərləri alırıq. Görüntüləri çəkən və paylaşan da Sizinlə birlikdə bölgədə olan hörmətli Mehriban xanım Əliyevadır. Biz görüntüləri onun vasitəsilə, onun paylaşımları ilə alırıq. Həm Azərbaycanda, həm də Türkiyədə Sizin oradakı dialoqlarınız, hərəkətləriniz çox böyük rəğbətlə qarşılanır. Bununla bağlı nə deyə bilərsiniz?" sualına Prezident belə cavab verib:

- Bu, bilirsiniz, elə öz-özünə yarandı, təbii yarandı. Biz bunu planlaşdırmırdıq. Biz, sadəcə olaraq, ilk dəfə Şuşaya gedəndə Bakıdan səhər çıxmışdıq, çünki o zaman yol çox uzaq idi. Biz Füzulidən Şuşaya Zəfər yolu ilə təqribən 3 saata getmişdik, özü də yollar qarlı idi, buz bağlamışdı. Ona görə səhər erkən çıxmışdıq, hələ qaranlıq idi və hava işıqlandıqca çox gözəl mənzərə yarandı. Mehriban xanım onu öz telefonu ilə çəkməyə başladı və məni də çəkdi. Mən də dedim ki, yolumuz Şuşayadır və bundan başladı. Ondan əvvəl təbii ki, Ağdam və digər rayonlar da var idi. Bu, xüsusi bir təşəbbüsdür. Çünki adətən mənim səfərlərimi rəsmi heyət işıqlandırır. Adətən orada çox rəsmi görüşlər, çıxışlar, mərasimlər və sair olur. Bu isə yeni bir yanaşma idi və bilirəm ki, bir çoxlarının xoşuna gəldi. Bizim də xoşumuza gəldi. Bilirsiniz, bu sözləri deyərkən, ilk növbədə, mənim gözlərimin önünə o bölgələrdə yaşamış insanlar gəlirdi. Mən, ilk növbədə, onlar üçün bunu deyirdim. Çünki onlar 30 il həsrət içində idilər və mən gəlmişəm oraya, mən bu evi görürəm, bu binanı görürəm, onlar görmürlər. Onlar bizim gözlərimizlə onu görməlidirlər. Hər zaman mənim gözlərimin önündə onlar idi, nə qədər əzab çəkdilər, nə qədər əziyyət çəkdilər, amma sınmadılar, möhkəm durdular. Budur Azərbaycan! Budur Azərbaycan xalqı! Mən sizi də duyğulandırdım.

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN