Xalq artistləri Aygün Kazımova və Emin Ağalarov 9 Noyabr Bayraq gününə özəl olaraq hazırladıqları “Azərbaycan” adlı layihələrini təqdim ediblər.

Mahnının musiqisi Brendon Stoun, sözləri Brendon Stoun və Aleksandr Lev Konovalova məxsusdur. Mahnı Aygün Kazımovanın rəsmi “Youtube” kanalında təqdim olunub və müğənninin bütün rəqəmsal platformalarında yer alıb. Həmçinin, itunes istifadəçiləri mahnını “Dolby Atmos” formatında da, dinləyə biləcəklər. Qeyd edək ki, Emin Ağalarovla duet Aygün Kazımovadan yeganə sürpriz deyil. Xalq Artistinin mətbuat xidmətindən bildiriblər ki, “Azərbaycan” mahnısı Kazımovanın yeni rusdilli “Я в Нирване“ albomunda yer alacaq. Pop Diva albomu yaxın günlərdə sevənlərinə təqdim edəcək.

Təqdim etdi: A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN