Bu fikirləri Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin hüquqşünası Azər Quliyev «Təzadlar»a açıqlamasında belə bildirdi.

Xatırladırıq ki, Azərbaycan ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planının təqdimetmə mərasimində: «Hakimlərin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilən şəffaf seçimi nəticəsində hakim korpusumuz 75 faiz yenilənib" kimi fikirlər səsləndirib. Nazirin bu fikirləri sosial tələb olaraq ortaya bir sualı çıxarır: bəs hakimlərin say tərkibinin dəyişikliyi onların əməli fəaliyyətində necə ifadə olunur? Elə hüquqşünas Azər Quliyev də bu suala cavab verir:

-…Mən şəffaf seçim nəticəsində hakim korpusumuzun neçə faiz yenilənməsinin dəqiq faizini deyə bilmərəm, ancaq nazir deyirsə, deməli, düz olar. Nazirin o sözü ilə razıyam ki, doğrudan da son illərdə həm hakimlərin, həm də vəkillərin seçkisində imtahan və müsabiqələr keçirilir və yeni hakim və vəkillər işə qəbul edilir. Lakin bu o demək deyil ki, hakimliyə və ya vəkilliyə seçilənlərin tərkibinin dəyişməsi və ya cavanlaşması şəffaflığın göstəricisidir. Bir çox hallarda isə bu gəncləşmə təcrübənin, iş stajı və praktikanın az qala olmaması problemlərini də yaradır. Eyni zamanda, məcburi Mediasiyanın tədbiqi, dövlət rüsumlarının artırılması, nümayəndəliyin ləğvi, əsassız hesab olunan vəsadətlərə görə tərəflərin böyük məbləğdə cərimələnməsi, tədbiq olunan elektron məhkəmədəki problemlər, məhkəmələrlə telefon və vatsap əlaqəsinin olmaması və sair hələki problem olaraq qalır. Bütün hallarda, arzu edərdik ki, hakim korpusunun tərkibinin 75 faizlik təzələnməsi həm də hakimlərin peşə fəaliyyətində, daxili inama söykənərək qərar qəbul edəndə də ifadə olunsun. Belə olarsa, Avropa Məhkəməsinə gedən və Azərbaycanı cərimələtdirən şikayətlərin də sayı az olar…

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN