Dünyanın, xüsusən də NATO ölkələrinin diqqəti Ukraynadadır... Bu da səbəbsiz deyil...

Təxminən 1 aydan sonra Moskvada Faşizm üzərində qələbə Paradına hazırlaşan Rusiya ordusu Ukraynadakı yersiz müharibə əməliyyatlarından yorğun vəziyyətdədir. Bunu son həftənin döyüş əməliyyatları da təsdiq edir. Dünya ölkələri isə Ukraynaya hərbi dəstəyini etməkdə davamlıdır. Bu arada Britaniya isə Ukraynaya “Mastiff” və ya “Çakal” kimi zirehli texnika göndərməyə hazırlaşır. Tezadlar.az xatırladır ki, bu barədə "The Times" yazıb. "Britaniya Müdafiə Nazirliyi Mastiff tipli zirehli maşınların göndərilməsi variantlarını nəzərdən keçirir. Həm də kəşfiyyat və ya uzaq məsafəli patrul kimi istifadə edilə bilən "Çakal" kimi nəqliyyat vasitələrini göndərəcək". 

 Nəşr rəsmi mənbəyə istinadən xəbər verir ki, Britaniya qoşunları təlimlər keçirmək üçün Ukrayna ilə qonşu olan ölkələrə göndəriləcək. "Tank əleyhinə və zenit raketləri də daxil olmaqla Ukraynaya əlavə dəstəyi isə Böyük Britaniya yaxın günlərdə elan edəcək", -  deyə "The Times" qeyd edir.
Daha əvvəl xəbər verilmişdi ki, Böyük Britaniyanın baş naziri Boris Conson Odessanı qorumaq və Putinin Ukraynanın cənubunda planlarını puça çıxarmaq üçün Ukraynaya vacib silah tədarük etmək istəyir. Bu istək isə artıq reallaşmaqdadır. Görünür, Ukrayna ordusunun son günlər əldə etdiyi uğurlar, daha dəqiqi, Rus ordusunun işğal etdiyi yaşayış məntəqələrini ardıcıllıqla azad etməsi həm də bu silahların sayəsindədir.

 A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN