booked.netbooked.net booked.net  

ABŞ kəşfiyyatı və hərbçiləri Rusiya ordusunun Ukraynaya 9 mümkün hücum istiqamətini müəyyənləşdirib.

Pin It

Məlum olduğu kimi, bir müddətdir ölkənin tanınmış ictimai-siyasi xadimləri, alimləri və akademikləri AMEA-nın prezidenti Ramiz Mehdiyevin istefasını tələb edirlər. Alimlər hesab edir ki, R.Mehdiyev AMEA-da elmi mühiti tamamilə məhv edib. İctimai-siyasi xadimlər isə R.Mehdiyevi Rusiyanın ölkəmizdəki əsas adamalrından biri olmaqda ittiham edirlər. R.Mehdiyev ölkədə islahatlar prosesini tormozlayan “5-ci kolon”un əsas siması hesab olunur.

Pin It

Prezident Meida haqqında Qanunu imzaladı və bu artıq jurnalistlər və media yaradıcıları qarşısında yeni vəzifələrin qoyulması deməkdir...

Pin It

İ.V.Stalin: “Yoldaş Pankratov, sizin inqilabın düşməni adlandırdığınız Məmməd Əmin Rəsulzadə məni iki dəfə ölümdən qurtarıb. Rəsulzadə buradan sağ-salamat gedəcək”

1920-ci ildə Rus bolşevikləri müstəqil dövləti işgal edəndə, bir çox liderlərlə yanaşı M.Ə.Rəsulzadəni də milli satqınlarımız həbs etmişdilər. Bu zaman Rəsulzadənin başına nə oyunlar gəlməsini, ölümdən necə qurtarmasını çoxlarımız bilmirik.

Bu baxımdan dosent Zaur Əliyevin yazısı olduqca maraqlıdır. Həmin yazını olduğu kimi “Təzadlar”ın oxucularına təqdim edirəm.

***

Rəsulzadəni güllələnmədən kim xilas edib?

İ.V.Stalin: “Yoldaş Pankratov, sizin inqilabın düşməni adlandırdığınız Məmməd Əmin Rəsulzadə məni iki dəfə ölümdən qurtarıb. Rəsulzadə buradan sağ-salamat gedəcək”

1920-ci ildə Azərbaycan Cümhuriyyəti süquta uğradı. Çox keçməmiş, bolşeviklər Məmməd Əmin Rəsulzadəni Lahıcda tutub Bakıya, Şura hökumətində xüsusi idarənin rəisi olan Pankratovun yanına gətirdilər. Burada qərar çıxardılar ki, Müsavat lideri güllələnməlidir. Onun ölümünü gecə saat 12-00-a saldılar ki, bunu eşidən əhali etiraz aksiyası keçirməsin. Rəsulzadənin güllələnməsi prosesində iştirak edəcək şəxsləri Pankratov və Azərbaycan Kommunist Partiyasının birinci katibi Əliheydər Qarayev təyin etmişdi. Hətta Rəsulzadəni güllələyəndən sonra onun meyidinin itirilməsi və sonra da əhaliyə “Rəsulzadə qaçdı” kimi xəbər verilməsi planlaşdırılmışdı.

1920-ci il aprelin 27-də Azərbaycan Demokratik Cümhuriyyətini təslim etmək barədə bolşevik deputat Həmid Sultanovun ultimatumu parlamentdə müzakirə olunanda, qalmaqal yaranır. Digər bolşevik deputat Əliheydər Qarayev Cümhuriyyətin rəhbəri Məmməd Əmin Rəsulzadənin üstünə çımxırır:

- Razılaşmasan, gözlərini çıxardaram!

M.Rəsulzadə təəssüflə cavab verir:

- Sən bütün millətin gözlərini çıxartdın!

Ə.Qarayev salona üz tutur:

- Səsini çıxardanı gülləbaran edəcəyəm!

M.Rəsulzadə:

- Sən bir güllə atmadan da milləti məhv etdin, Əliheydər, “tovarişlər” səni güllələyəndə məni xatırlayarsan!

Bunu eşidən Nəriman Nərimanov dərhal Pankratovun yanına gəlir. Onlar arasında mübahisə düşür, Əliheydər Qarayev də bu zaman gəlib ora çıxır. Nərimanovla mübahisə, hətta az qalır ki, əlbəyaxa davaya çıxsın. Nərimanov onların fikrin dəyişə bilmir. N.Nərimanov gənclik illərində dostluq etdiyi, sonralar fərqli siyasi əqidələrinə görə yolları ayrıldığı M.Rəsulzadənin millətimiz qarşısında xidmətlərini nəzərə alaraq, onu həbsdən azad etdirib, ölümdən qurtarmaq üçün yeganə çıxış yolunu Stalinə xəbər verməkdə görür. O, Vladiqafqazda olan Stalinə zəng edib xəbər verir ki, “Pankratov və Qarayev cütlüyü hazırda Szin həyatınızı vaxtilə xilas edən şəxsi güllələmək istəyir. Sizin xəbəriniz olsun bu barədə. Rəsulzadə özü də Sizə bunu deməyi məndən xahiş edib”.

Stalin bunu eşidib dərhal Bakını yığır, Pankratova tapşırır ki, Rəsulzadəyə hələlik əl vurulmasın, çox güman, özü elə bu gün Bakıya gələcək. Bakıya səfər etməyi planlaşdırmayan Stalin şəxsi vaqonu ilə şəhərə çatan kimi Pankratovun yanına gedir. Burada Məmməd Əminlə bağlı söhbətləri olur. Stalinin gəldiyini eşidən Azərbaycan Kommunist Partiyasının birinci katibi Əliheydər Qarayev həmin vaxt tələsik özünü Pankratovun iş otağına çatdırdı. Burada o, qətiyyətlə bildirdi ki, əgər Rəsulzadə həyatda qalsa, proletariata ziyan vuracaq: “Yoldaş Stalin, yoldaş Pankratov, Rəsulzadə güllələnməyincə, Bakıda Şura hökumətinin bərqərar olması şübhə altındadır. Inqilab adından tələb edirəm ki, Rəsulzadə haqqında ölüm hökmü çıxarılsın!”, - deyə o bildirdi.

Pankratov Əliheydər Qarayevin odlu-alovlu çıxışından vəcdə gəlib, onunla eyni fikirdə olduğunu bildirəndə Stalin: “Yoldaş Pankratov, sizin inqilabın düşməni adlandırdığınız bu kişi məni iki dəfə ölümdən qurtarıb. Rəsulzadə buradan sağ-salamat gedəcək” - deyib fikrini bildirdi.

Stalinlə Nərimanov arasında da görüş olur. Nərimanov məsləhət görür ki, “Rəsulzadəni burdan aparmaq lazımdır. Qalsa, Bakıda onu öldürəcəklər. Lakin Rəsulzadə Bakıdan getmək istəmir”. Stalin bunu həll edəcəyini Nərimanova söz verir və 1920-ci ildə həbsxanada onunla görüşərkən Rəsulzadəyə deyir: “Siz keçmiş mübarizə yoldaşısınız. Ziyarətimin yeganə səbəbi də budur. Çar istibdadına qarşı mücadilələrinizi, Sizin inqilabi hərəkatdakı rolunuzu və əhəmiyyətinizi bilirəm. Bu inqilab üçün gərəkli bir şəxsiyyət olduğunuzu təqdir edirəm. Siz nə öldürüləcək, nə də ömrü boyu həbsxanalarda çürüdüləcək bir insan deyilsiniz. Məncə, sizə azadlıq verilməlidir. Məəmməd Əmin bəy, məsləhətim budur ki, Bakını tərk edəsiniz. Qalmaq istəsəniz, yenə də öz işinizdir. Amma bilin ki, mən Bakıdan aralanan kimi Sizi yenidən həbs edib güllələyəcəklər. Gəlin, sizi özümlə Moskvaya aparım.”

Rəsulzadə müsavatçılarla məsləhətləşmək üçün Stalindən bir gün vaxt istəyir.

Təklifi bəyənən müsavatçılar Rəsulzadənin onunla Moskvaya getməsini məsləhət gördülər.Beləliklə, Stalin Rəsulzadəni, Abbasqulu Kazımzadəni və Məmməd Əminin əmisi oğlu Məhəmməd Əlini özüylə Moskvaya aparır.

O, bolşevik istilasından sonra xaricə getməyə məcbur oldu. Amma Rəsulzadə xaricdə də Azərbaycanın azadlıq mücadiləsini davam etdirdi. Həmin dövrdə o, böyük uzaqgörənliklə yazırdı: “...Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz , vətəndaşlar.”

Rəsulzadənin dedikləri düz çıxdı və 1991-ci ildə Azərbaycan öz müstəqilliyinə yenidən qovuşdu.

 Məmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da, gecə saat 10:50-də haqqın dərgahına qovuşub. Onun məzarı başında məsləkdaşı Əbdülvahab Yurdsevərin söylədiyi kimi “...Onun adı şanlı bir mübarizə simvoludur. Onun həyatı sönməz bir məşəldir. Onun yolu istiqbal və zəfər yoludur... Torpağa verdiyimiz onun vücududur. Başımızda və qəlbimizdə yaşayan onun ölməz böyük ruhudur...”.

M.Ə.Rəsulzadə haqqında Qarsda nəşr edilən “Birlik” qəzeti yazırdı: “O, Azərbaycan qurtuluş davasının bayrağı idi. O bayraq bütün azərbaycanlıların qəlbində dalğalanacaqdır. Azərbaycan tarixinin böyüklər səhifəsində yerini alan M.Ə.Rəsulzadə əbədiyyən yaşayacaqdır”

Zaur Əliyev,

dosent

 

Pin It

Zərərçəkmiş Hüseyn Səfərov: “Mən Mövlam Şıxəliyevin özünün, həyat yoldaşının, oğlunun və qızının adına Azərbaycanda və xaricdə olan elə mülklərin, obyektlərin siyahısını əldə etmişəm ki, görəndə dəhşətə gələcəksiniz”

Bildiyimiz kimi ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Qeyd edək ki, proses barədə zərərçəkmiş Hüseyn Səfərovun mövqeyini dəfələrlə dərc etmişik.

Ona görə də Mövlam Şıxəliyevin vəkili Arzu Cavadovun müraciəti əsasında əks tərəf kimi onların da mövqeyini dərc etməyi xahiş etmişdilər. Biz də tərəfsiz olaraq vəkilin M.Şıxəliyevin günahsız olduğunu əks etdirən müxtəlif sənədlərə istinadən təqdim etdiyi yazıları  ötən saylarımızda  dərc etmişdik. Baxmayaraq H.Səfərov həmin yazılarda göstərilən faktları yalan və böhtan olduğunu bildirirdi. Ancaq biz hər iki tərəfin mövqeyini işıqlandarmaqda israrlıyıq. Hər kəsin təqsirsizlik preziumpiyası var və hər kəs bu prinsipə hörmət etməlidir. Kimin günahkar və ya günahsız olduğuna məhkəmənin sonunda aydınlıq gətiriləcək.

H.Səfərov redaksiyamızda olarkən Mövlam Şıxəliyevin, həyat yoldaşının, öğlunun və qızının adına olan çoxsaylı mülklər barədə danışmağı da unutmadı:

- Mən sizə sual verirəm, Azərbaycanda ən varlı, miyarder xanım kimdir?

 (təbii ki, çiynimizi çəkirik)

- Bilmirik

- Azərbaycanda ən varlı, miyarder xanım Aybəniz Şıxəliyevadır, tanıyırsınız belə bir xanım?

-Hüseyn müəllim, mentalitet baxımından  bəlkə ailənin xanım üzvünün adı hallanmasın...

- Mövlam Şıxəliyev mentalitet-zad tanımır. Tanıyan olsaydı, mənim qızlarımı şahid kimi məhkəməyə çağırtdırmazdı. Mən də araşdırma aparıb arvadı Aybəniz Şıxəliyevanın adına olan Bakının Nizami küçəsində, yəni "Torqovı" deyilən yerindən tutmuş, rayonlarda və xarici ölkələrdə olan  mal-mülklərinin, obyektlərinin yerlərini müəyyən etmişəm və siz onları görsəniz dəhşətə gələrsiniz ki, bir  xanımın, oğlunun və qızının  adına bu qədər mal-dövlət, sərvət olar? 

- Bəlkə sizə düzgün məlumat verməyiblər. M.Şıxəliyevin vəkili Arzu Cavadov bizimlə söhbətində bildirmişdi ki, oğlu Elgün bu yaxınlarda Türkiyədə cərrahiyyə  əməliyytına məruz qalıb və buna görə xeyli maddi sıxıntı yaşayıblar.

- Nə? Mövlam Şıxəliyev getsin özünü ələ salsın, bizi yox. Sözə bax, maddi sıxıntı yaşayıblar. Timsahın göz yaşlarına kim inanar ki? Bu məlumat kökündən yanlışdır. Tam dəqiqliyi ilə deyirəm ki,  M. Şıxaliyevin oğlu heç bir əməliyyat keçirməyib. Düzdür, oğlu Elgün Türkiyəyə gedib, amma xəstə kimi yox, başqa əməliyyat keçirib. Elgünün Türkiyəyə getməkdə məqsədi, orada özünün olan çoxsaylı obyektləri başqasının adına keçirmək olub. Amma xeyiri yoxdur, hamısınlın siyahısi məndə var. Onları bir-bir mətbuata açıqlayacağam. Onda görərsiniz ki, Mövlam Şəxəliyevin özü, arvadı, oğlu, qızı milyonlarla manat sərvətə necə sahibləniblər. İndiyə qədər Mövlam Şıxəliyevin mətbuatda, telviziyalarda sadaladığım obyektləri, evləri, sərvətləri onların yaninda toya getməli olacaq.

***

İndi isə məhkəmə barədə Hüsyen Səfərovun bizə təqdim etdiyi materiallar əsasında hazırlanan yazını təqdim edirik.

Yanvarın 18-də və 25-də kecirilən məhkəmə iclasında xeyli maraqlı məqamlar üzə çıxıb.  Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən açıq məhkəmə prosesinə jurnalistlər yenə də buraxılmayıb. Hakim media mənsublarının hansı səbəbdən prosesə buraxılmadığını açıqlamaqdan yayınır. Elbəy Allahverdiyevin açıq məhkəmə prosesini qapalı keçirməsinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov da susqunluq nümayiş etdirir. Zərərçəkən və vəkillər isə bildirir ki, prosesdə hakim müdafiəçilərə qarşı qanunsuzluq etməkdən çəkinmir. Vəkillərdən çox kobud şəkildə telefonlarının nəzarətçilərə təhvil verilməsini tələb edir.

Vəkillərin, zərərçəkənlərin israrlı tələblərinə, vəsatətlərinə baxmayaraq hakim məhkəmə zalında baş verənlərin audio-video yazılmasına da imkan vermir.

Keçirilən prosesdə zərərçəkmişlərdən Sərdar Əhməd oğlu İsmayılov sərbəst ifadəsini davam etdirməsi üçün şərait yaradılmasını istəyib.

Sərdar İsmayılov deyib ki, tanışı Orxan Elman oğlu Abdullayevlə birlikdə 2013-cü ilin mart ayında Çin Xalq Respublikasından Gürcüstan Respublikasında satmaq üçün skotç və pirotexnik mallara aid fişənglər gətiriblər. Lakin həmin malların Gürcüstan Respublikasında satışında problemlər olub. Buna görə də həmin malları Azərbaycana gətirib satmağı düşünüblər: - Məsləhətləşmələr apardıq, tanışları işə cəlb etdik. Məlum oldu ki, pirotexnika mallarının Azərbaycana gətirilməsi qadağandır. Ona görə də pirotexnik malların tam həcmdə satışında heç bir məhdudiyyət və qadağa qoyulmayan İran İslam Respublikasına aparıb orada satmaq qərarı verdik. Bu məqsədlə həmin malları Gürcüstanda yerli gömrük orqanında Azərbaycan ərazisindən tranzit yolla keçməklə İrana aparılması barədə tam gömrük sənədləşəməsi aparıldı. Satmaq üçün Gürcüstana gətirdiyimiz pirotexnik mallar xüsusi nəzarət altında olan mallar sinfinə aid olunub. Buna görə də mallar Azərbaycan sərhədini keçəndən sonra yerli gömrük orqanının əməkdaşları tərəfindən müşayət altına alındı və gömrükçülərin nəzarəti altında 7 sentyabr 2013-cü il tarixdə Astara gömrük postuna yola salındı.

Qaçaq mallar var idimi?

Lakin mallar Qazax ərazisində MTN-in əməliyyatçıları tərəfindən saxlanldı. Malı müşayət edən gömrükçülər malın nəzarətləri altında olduğunu dedilər. MTN-çilər isə israr edirdilər ki, guya malların içində qaçaqmal var. Mallarımızın olduğu maşın MTN-çilər tərəfindən əvvəlcə zorla Qazax ərazisindəki dayanacağa aparıldı. Orada mallar tam qanunsuz olaraq maşından yerə boşaldılıb gömrükçülərin nəzarəti altında sayıldı. Məlum oldu ki, MTN-çilərin iddia etdikləri qaçaqmal maşında yoxdur və rəsmi gömrük sənədlərində göstərilən mallarla sayılan malların sayı eynidir. MTN-çilər isə sakitləşmədilər. Zorla, gömrükçülərlə az qala əlbəyaxa olmaqla malımızı Bakıya gətirdilər.

Gömrük rəsmisi vəzifədə olan M.Şıxəliyevə cinayətkar deyib?

Biz həbsdə olduğumuz dövrdə bu gün burada özünü təmizə çıxarmağa çalışan Mövlam Şıxəliyev öz imzası ilə   Azərbaycan Respublikası Gömrük Komitəsinə bir sorğu yazmışdı. Bizə məxsus malların qaçaqmal olmasını təsdiqləmək, özlərinin cinayətlərinə Gömrük Komitəsini də şərik etmək istəyirdilər. O zaman Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev Mövlam Şıxəliyevin sorğusuna cavab yazmışdı. Əsgər Abdullayev 25 sentyabr 2013-cü il tarixli 100-13/03-22 09046№ li məktubunda Mövlam Şıxəliyevə yazırdı ki, cinayətkar sizsiz, Azərbaycan dövlətinin qoşulduğu yük daşımaları haqda beynəlxalq daşımalara qanunsuz olaraq müdaxilə etmisiz. Bununla bilərəkdən,  qəsdən cinayət törətmisiniz!

Əsgər Abdullayev, Allah onun övladlarını qorusun, məktubunun davamında yazırdı ki, Qazaxa göndərilən MTN-çilər özbaşınalıq edib qanunlara saymazyana yanaşıblar. Bunun qarşısı gömrükçülər tərəfindən alınıb!

***

Baş prokurorluq rəhbərliyinin bu cinayətlərdən xəbəri olubmu?

Mənimlə  Orxan Elman oğlu Abdullayevə qarşı Cinayət Məcəlləsinin(CM)  qanunsuz sahibkarlıq (29,192.2.2.) və qaçaqmalçılıq (206.3.2.) maddələri ilə istintaqı  qanunsuz olaraq  davam etdirdilər. Elman Abid oğlu Məsimovu, Məcid Məhəmmədəliyeviç Anqubazovu, Əfsəl Xanlar oğlu Həsənəliyevi və Cahangir İbrahim oğlu Məmmədovu da CM-in qaçaqmalçılıq (206.3.2.) maddəsi ilə heç bir əsas olmadan cinayət məsuliyyətinə cəlb etdilər. Təbii ki, bizdən babat məbləğlərdə rüşvət qopara bilmək üçün bizim hamımızın barəsində həbs qətimkan tədbiri seçmişdilər. Zakir Qaralov, Rüstəm Usubov bu cinayətə əllərini bulaşdırıb və bizim qanunsuz həbsimizə, girov götürülməyimizə, pulumuzun, malımızın alınmasında birbaşa şərait yaradıblar.

1-ci şöbənin sabiq rəisi Yasin Məmmədov zərərçəkənin boynunu nəyə qucaqlayıb?

Bu gün, bu məhkəmə salonunda boynumdan qucaqlayan Yasin Məmmədov orada özünü vəzifəli şəxs kimi deyil, küçədə yol kəsən quldur kimi aparırdı. Bu adamlar o qədər harınlamışdılar ki, qanunlardan danışan bizlərə gülürdülər. Bu adam telefon danışıqlarımızın özünə sərf etdiyi hissələrini bizə dinlətdirirdi. Deyəndə ki, 1 dəqiqəlik danışığa tam qulaq asıb söhbətin nədən getdiyini aydınlaşdıraq, buna imkan vermirdi. Yasin Məmmədovun bircə tələbi vardı - pul ver, səni azad edək. Pul verməsən burada çürüyəcəksən!

M.Şıxəliyev zərərçəkənlərin mallarını necə satıb?

Mən 12 yaşından atasız böyümüşəm. Ailəmin - anam, bacım və qardaşımın gündəlik xərcləri 12 yaşımdan mənim üzərimdə olub. Çox çətin günlər görmüşəm. O illərdə ailəmi də götürüb Şəkidən Bakıya gəldim. Burada gecə-gündüz, soyuq, isti bilmədən işləyib ailəmə şərait qurmağa çalışdım. Bazarlarda fəhlə işlədim, pul qazandım, mağaza sahibi oldum. Çinlə ticari əlaqələr qurdum. Bu adamlar haradansa bizim Gürcüstandan İrana mal apardığımızı öyrəniblər. Qərara gəliblər ki, bizi tutsunlar, malımızı əlimizdən alıb satsınlar və özümüzdən də pul qoparsınlar. Bu gün müttəhimlər kürsüsündə əyləşənlər belə də ediblər.

"Zərərçəkən Sərdar İsmayılova borclu olanların pullarını Mövlam Şıxəliyev necə mənimsəyib?

İstintaq zamanı bizə sonsuz təzyiqlər göstərirdilər. Hətta mənim telefonumun kitabçasında adları olanları çağırıb incidiblər. Mənə borcu olan bazar adamlarına hədə-qorxu gəlib pullarını alıb. Yasin Məmmədov məndən 50 min dollar, üstəlik 2 min manat, Orxan Elman oğlu Abdullayevdən 50 min manat,  Əfsəl Xanlar oğlu Həsənəliyevdən 32 min manat, Cahangir İbrahim oğlundan Məmmədov isə 80 min manat pul aldılar.

***

Bakı Hərbi Məhkəməsində baş tutan növbəti prosesdə isə  zərərçəkmiş qismində sabiq polis rəisi Əfsəl Həsənəliyev ifadə verib.

O bildirib ki, 35 il hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə işləyib: "Sonuncu iş yerim Nəqliyyatda Baş Polis İdarəsi olub. Təqaüdə çıxandan sonra bizneslə məşğul olmuşam. Yuxuma da gəlməzdi ki, Eldar Mahmudov başına bir sürü quldur yığıb, iş adamlarına qarşı amansız divan tutar. 2013-cü ildə məni MTN-ə dəvət edəndə ağlıma belə gəlməzdi ki, tam qanuni fəaliyyətə görə məni həbs edərlər.

Mən Tiflisdən Azərbaycana pirotexniki vasitələr gətirmək üçün Gürcüstana getmişdim. Bu malların ölkəyə gətirilməsi qadağan idi deyə biz malları İrana aparmaq qərarına gəldik. Amma MTN əməkdaşları gömrükçülərin nəzarəti ilə İrana aparılan yükü saxlayaraq zorla saxlanc yerinə apardılar. Hansı ki həmin mallar ölkə ərazisindən sadəcə tranzit qaydada keçirilib. Bununla bağlı gömrük orqanlarında bütün rəsmi sənədləşmələr aparılıb. Bizim bu hərəkətlərimizin adı cinayət yox, ticarət olub. Bu gün də 660 min manat dəyəri olan həmin yükün harada olması sualına cavab verilmir".

Zərərçəkmişin sözlərinə görə, onların barəsində qaçaqmalçılıq ittihamı ilə uydurma cinayət işi başlanılıb: "Mövlam Şıxəliyev ibtidai istintaqın aparılmasını Yasin Məmmədova həvalə etdi. Mövlam Şıxəliyev məni dəfələrlə saxlanıldığım təcridxanadan xidməti kabinetinə çağırtdırıb. Məndən əvvəlcə 100 min manat istəyirdilər, sonra 50 min dollara düşdülər. Bu adamlar MTN-i alver yuvasına çevirmişdilər. 5 ay həbsdə başıma müsibət açdılar. Mənə deyirdi ki, pulu özün verə bilmirsənsə, pullu bir iş adamının adını çək, nişan ver, onu tutaq, səndən əl çəkək. Təki pul alsınlar deyə hər cür naxələfliyə hazır idilər. Vəkil Xavər Həsənovun vasitəçiliyi ilə ailəmdən 7 min manat aldılar. Məni 5 ay müddətində məhkəməyə, ekspertizaya başımda qara torbada aparıb-gətirdilər, sanki Bin Laden idim. Həbsdən azad olunduqdan sonra da məndən əl çəkmədilər. Yasin Məmmədov həyatımı qaralamışdı. Gündə 5-10 dəfə zəng edib pul tələb edirdi. Evimi girov qoyub kredit götürdüm. Yasin Məmmədova xidməti otağında 28 min manat verdim".

Təqsirləndirilən Mövlam Şıxəliyev bu ittihamlara heç bir reaksiya verməyib. Yasin Məmmədov isə Əfsəl Həsənəliyevdən heç vaxt pul almadığını deyib.

İttihama görə, Mövlam Şixəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla M.Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, mövcud cinayət işi üzrə 32 zərərçəkmiş şəxs var.

"Təzadlar"ın Araşdırma Qrupu  

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN