Məlum olduğu kimi, bir müddətdir ölkənin tanınmış ictimai-siyasi xadimləri, alimləri və akademikləri AMEA-nın prezidenti Ramiz Mehdiyevin istefasını tələb edirlər. Alimlər hesab edir ki, R.Mehdiyev AMEA-da elmi mühiti tamamilə məhv edib. İctimai-siyasi xadimlər isə R.Mehdiyevi Rusiyanın ölkəmizdəki əsas adamalrından biri olmaqda ittiham edirlər. R.Mehdiyev ölkədə islahatlar prosesini tormozlayan “5-ci kolon”un əsas siması hesab olunur.

Məsələ ilə bağlı mətbuata danışan AMİP lideri Etibar Məmmədov bildirib ki, Ramiz Mehdiyevin işdən çıxarılması tamam başqa məsələdir: “Məsələ bundadır ki, Ramiz Mehdiyevi istefaya səsləyənlər AMEA-nın işçiləridirlər və onlar öz fikirlərini bildirirlər. Bu, onların hüququdur. Bu baxımdan, AMEA-nın işçiləri R.Mehdiyevin istefasını da tələb edə bilərlər. Nəticəsi də tələb olunan instansiyadan asılıdır. Mən AMEA-nın işçisi olmadığıma görə bu barədə başqa heç nə deyə bilmərəm”.

Milli Məclisin deputatı Fazil Mustafa qeyd edib ki, Ramiz Mehdiyevin niyə həbs edilməməsi ilə bağlı sualı prokurorluq oranlarına ünvanlamaq lazımdır: “Əslində məni düşündürən başqa məsələlərdir. Məsələn, ölkədə universitet, akademiya modeli necə olmalıdır. Ola bilər ki, kiməsə qarşı münasibətin fərqli olsun, bəs sən nə təklif edirsən? Akademiklərimiz göstərsinlər görək, özləri nə təklif edirlər. Mən islahat, təklif və təşəbbüs proqramlarını nəzərdə tuturam. Akademiklərin özləri hansı təklifləri verirlər? Düşünməliyik ki, Akademiyadan universitetə elmi necə köçürək, elmi mühiti necə canlandıraq, necə edək ki, elmi tədqiqatlar üçün zəmin yaradaq. Bütün bunlar olmayandan sonra kimi dəyişirsənsə dəyiş, heç nə düzələsi deyil. Məni bu məsələlər maraqlandırır. Ona görə də məsələnin hüquqi tərəfi var. Kimsə kimdənsə narazıdırsa, qanunsuz fəaliyyətini düşünürsə, hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət eləsin”.

Milli Məclisin deputatı Aqil Abbas bidirib ki, Ramiz Mehdiyevin AMEA-da prezident olası vaxtı deyil: “O, gedib nəvələri ilə oynasa, daha yaxşı olar. O ki qaldı R.Mehdiyevin niyə istefa verməməsinə və haqqında qanuni tədbirlərin görülməsi məsləsinə, düşünürəm ki, Ramiz Mehdiyevin kimin adamı olmasını dövlət müəyyənləşdirməlidir. Hüquq-mühafiə orqanları buyursunlar, Ramiz Mehdiyevə qarşı səslənən ittihamları araşdırsınlar. Bu zaman kimin kim olduğu ortaya çıxa bilər”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN