booked.netbooked.net booked.net  

Rusiyanın "sülhməramlı" işğalçı ordusu bütün gecə Kiyevi hədəf seçib.
Pin It

Azərbaycanın Gürcüstandakı səfirliyi bu ölkədə sahibkarlıq subyektləri arasında yaranan mübahisələrlə bağlı məlumat yayıb.

Pin It

"İndiyə qədər altı qurum üzrə "Müharibə veteranı" statusu təyin edilib. Onlara aylıq təqaüdün verilməsi başlanılıb".

Pin It

ABŞ-ın Şimali Karolina ştatının Fayetvill, Darem və Apeks şəhər merləri 26 fevral tarixini “Xocalının Anım Günü” kimi tanıyıb.

Pin It

Fevralın 22-də filoloq alim, 2-ci Dərəcəli dövlət müşaviri, Fəlsəfə doktoru, Əməkdar jurnalist, yazıçı-publisist Akif Əlinin 70 yaşı tamam olur...

...Akif Əlini Azərbaycanın kino sənətinin incisi olan bədii filmlərimizdə yaratdığı obrazlardan tanımışıq. Sonra Akif Əli bizim üçün aktyorluqdan çıxaraq yazıçı, tədqiqatçı, nəhayət, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri kimi tanındı... Və günlərin birində Akif Əli bizim üçün dost, məsləhətçi, oxucu, həmkar... oldu. Hansı ki, məmur idi. Amma onda məmurluqdan əsər-əlamət belə görmədik. Çünki Akif Əli təpədən-dırnağa kimi vətənpərvər-böyük Azərbaycanlı, böyük ürək sahibi və torpaq yanğılı bir insan idi...

...Akif Əlinin (mənfur ermənilərin torpaq iddialarının əsiri olmuş Qarabağın bir sıra bölgəsinin işğal dövründə belə) maraqlı tarixi araşdırmaları ilə böyüyən, yaddaşını itiləyən bir nəsil var... O nəsil uzun illər bu tarixi həqiqətlərlə nəfəs alıb, böyüyüb və böyüyür... Və Akif müəllimin Qərbi Azərbaycandakı tarixi yurd yerlərimiz haqqında, eləcə də coğrafi toponimlərimizin erməniləşdirilməsinə qarşı da çox sanballı tarixi, elmi məqalələri bu sahədə istinad nöqtələrindən olub...

***

Beləliklə, fevralın 22-də filoloq alim, 2-ci Dərəcəli dövlət müşaviri, Fəlsəfə doktoru, Əməkdar jurnalist, yazıçı-publisist Akif Əlinin 70 yaşı tamam olur.

***

Əli Akif Əli oğlu - 22 fevral 1952-ci ildə Azərbaycanın Şuşa şəhərində doğulub.

Atası - hüquqşünas Əli Məhərrəmov (1924-1977) uzun illər respublikanın prokurorluq və məhkəmə sistemində çalışıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olub. Anası - Şəhla Məhərrəmova (1928-2008) evdar qadın olub.

Akif  ƏLİ  Bakı ş. 16 №-li orta məktəbi (1970), M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu (1974), “Azərbaycanfilm” k/st nəzdində Kinoaktyorluq kurlarını (1974) və Bakı Ali Partiya Məktəbini (1989) bitirib. 

Uzun illər ədəbi-bədii yaradıcılıqla məşğul olaraq, kino, radio, televiziya, elm, təhsil, mətbuat, həmçinin Dövlət qulluğu sahələrində işləyib. İlk əmək fəaliyyətinə “Azərbaycanfilm”də dahi sənətkar Rəşid Behbudovun iştirakı ilə çəkilən “1001-ci qastrol” filmində rejissor assistenti kimi başlayıb. Sonra kinoaktyor kimi bədii filmlərdə baş rollara dəvət olunaraq, kinoda yaddaqalan obrazlar yaradıb: Rüstəm - “Uzun müharibədə qısa görüşlər” (“Tacikfilm” - “Lenfilm”), Tapdıq - “Tütək səsi”, Fazil müəllim - “Arxadan vurulan zərbə”, Məmməd - “Əgər biz biryerdəyiksə” (“Azərbaycanfilm”); və b. (1974-78)  

1978-ci ildə Azərbaycan Dövlət Tele-Radio Verilişləri Komitəsində  daimi işə keçərək 1987-ci ilə kimi burada çalışıb:

Radionun “Satira və yumor” şöbəsinin müdiri vəzifəsində işləyərkən (1981- 83) bir sıra populyar radio proqramlarının (“Sabahınız xeyir” əyləncəli proqram, “Molla Nəsrəddin” satirik radiojurnalı,  “Gülüş axşamı” və s.);

Televiziyanın “Gənclər üçün proqramlar Baş redaksiyası”nın Baş redaktoru vəzifəsində işləyərkən isə (1983 - 1987) bir çox populyar tele-proqramların ( “Zəriflik”  İncəsənət toplusu,  “Aygün” Qızlar üçün proqram,  “7 sual, 7 cavab” Tele-viktorinası, “İdrak” Elmi-kütləvi proqram,  “Tələbə dünyası”, “Teleteatrda gənclər gecəsi”, Çay, çay, çay” Əyləncəli proqramı,   “Mənəvi dünyamız”, “Gənclik” Televiziya jurnalı, “Çinar” Ədəbi almanaxı  və s.) - yaradıcısı, müəllifi, yaxud redaktoru olub.

Son illər Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında  “Zaman və Məkan” Kulturoloji proqramın və İctimai Televiziyada xaricdə yaşayan soydaşlarımıza ünvanlanan “Vətənin Səsi” verilişinin Müəllifi və Aparıcısı olub (2011-2018). 

Azərbaycan Jurnalistlər Birliyinin (1981), Azərbaycan Professional Kinorejissorlar Gildiyasının (2009) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (2001) üzvü, “Qızıl qələm” mükafatı laureatıdır.  

Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq, Azərbaycan EA Ədəbiyyat institutunda “Mirzə Ələkbər Sabirin satira sənətkarlığı” mövzusunda dissertasiya müdafiə edərək Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi alıb (1988).  

Bakı Sosial İdarəetmə və Politologiya institutunda (indiki Dövlət İdarəçilik Akademiyası) Kulturologiya kafedrasının müdiri vəzifəsində (1992-1994) çalışıb. Ali məktəbdə “Dünya mədəniyyətinin tarixi və nəzəriyyəsi”, “Azərbaycan mədəniyyətinin tarixi”, “İnformasiya təhlükəsizliyi” kurslarından dərs deyib. Dosentdir (2000).

Ölkənin ağır keçid dövründə respublikada ilk müstəqil demokratik mətbu orqanlardan olan və daim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna, azadlıq, müstəqillik xəttinə ideoloji dəstək verən “Vətən səsi” qəzetinin qurucularından biri kimi onun yaradılmasında bilavasitə iştirak edib və 1991-93-çü illətdə həmin qəzetin Baş redaktoru olub.    

1994-cü il oktyabrın 10-da Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib. 25 il bu vəzifədə çalışaraq, Dövlətin informasiya siyasətinin həyata keçirilməsində fəal iştirak edib. Ötən müddət ərzində Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə 2-ci dərəcə Dövlət müşaviri rütbəsinə (2012), “Dövlət qulluğunda fərqlənməyə görə” medalına (2013) və  “Əməkdar Jurnalist” fəxri adına layiq görülüb (2015). Azərbaycan nümayəndə heyətinin tərkibində dəfələrlə müxtəlif xarici ölkələrdə rəsmi səfərlərdə olub. 2019-cu il martın 19-da elmi-ədəbi yaradıcılıqla məşğul olmaq üçün, öz istəyi ilə ərizə yazaraq təqaüdə çıxıb. 

Respublika mətbuatında azadlıq, müstəqillik və demokratiya uğrunda mübarizələr, Qarabağ həqiqətləri, Ermənistanın Azərbaycana hərbi təcavüzü, qaçqın və məcburi köçkün soydaşların qayğıları, elm, təhsil, maarif, mədəniyyət problemləri və digər aktual mövzularda yüzlərlə elmi-publisistik məqalənin, çoxlu sayda kino-tele-radio ssenarilərin və nəsr əsərlərinin, eləcə də 18 kitabın müəllifidir. Bu kitabları elə belə də sıralamaq olar: mədəni həyatın önəmli hadisəsi kimi dəyərləndirilən dahi Heydər Əliyevə həsr olunmuş “Böyük ömrün anları” kitabının (“Gözəlliyin qədrini bilək”- 1984;  “Azərbaycanın müasir kinoaktyorları”- 1984 ; “Unudulmaz yollar”- 1985 ; “Məhəbbət təranələri”- 1989; “Qaragöz oyunu” - 1999 ; “M.Ə.Sabirin satira sənətkarlığı” - 1999; “Öncə - Vətəndir” - 2003, “Böyük ömrün anları”- 2004,  “İdrak” - 2007,  “Vətən mücadiləsi”-2011, “Azman” - 2013, “Yaradan” - 2019 və s.) kitablar. Bu sıraya “Mozalan” satirik kino-jurnalı üçün ssenariləri (“Zərbə”- № 79, 1983;   “Üzr istəyirəm”- № 99, 1985;  “Tərsinə” - № 121, 1987;  “Mükafat”- № 123, 1988;  “Qonşular”- № 132, 1989; “Kreslo”- №144, 1989;   “Müavin”- № 144, 1989;   “Hacı Qara”- №172, 1998) əlavə etmək yerinə düşər.

Akif Əli, həmçinin bir sıra tərcümə əsərlərinin (A.Gertsen - “Olmuşlar, düşüncələr”, A.P.Çexov - Hekayələr,  V.Mayakovski - “Taxtabiti”, M.Zoşşenko - “Nəhs gün”,  J/B.Molyer - “Meşşanın zadəganlığı”, A.Çexov - “Hekayələr”, Qrimm qardaşları - “Bremen musiqiçiləri”, M.Takaxasi  (Yaponiya) - “Kəpənək mövsümü”, A.Soljenitsın - “Matryonanın ocağı”, Mayk Gelprin (ABŞ) - “Şam yanırdı və s.) müəllifidir. 

***

...Akif Əlinin ömür və yaradıcılıq yolu bu günkü nəsil üçün örnək, gələcək nəsillər üçün isə məktəb-istinaddır! Bu istinadın müəllifini-dəyərli Akif Əlinin 70 illik yubileyini ürəkdən təbrik edir, uzun ömür, can sağlığı arzulayırıq!

Asif Mərzili

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN