Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunu şəhid Tural Eyyubovun doğum gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə BDU-dan məlumat verilib.

Tədbirdə fakültənin dekan müavini Şamo Cəbrayılov, kafedra müdiri Fərhad Mirzəyev, fakültənin əməkdaşları Tural Eyyubovun valideynlərinə mərd oğul böyütdükləri üçün öz minnətdarlıqlarını bildiriblər.

Tural Eyyubov 2013-cu ildə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsini bitirib və həmin ilin oktyabrında hərbi xidmətə başlayıb. Hərbi xidməti zamanı motoatıcı taqım komandirliyi kursunu müvəffəqiyyətlə başa vuran Tural Eyyubov zabit kimi xidmətini davam etdirib. 2020-ci ilin oktyabrında Vətənin müdafiəsinə qatılan leytenant Tural Eyyubov Füzuli, Xocavənd, Şuşanın azadlığı uğrunda fədakarlıqla döyüşərək, həmin ilin oktyabrın 25-də şəhidlik zirvəsinə ucalıb.

Qeyd edəkki, Azərbaycan Prezidentınin sərəncamları ilə Tural Eyyubov “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif olunub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN