Ukraynanın Kramatorsk istiqamətində müdafiəçiləri düşməni xeyli itkilər verərək geri itələdilər.

Tezadlar.az Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən bildirir ki, Severski istiqamətində ruslar Ukrayna qoşunlarının Jeleznıy Most, Şalıqino və Esman qəsəbələri ərazilərindəki mövqelərini atəşə tutub. Xarkov istiqamətində isə düşmən müdafiə əməliyyatları aparır. Sosnovka, Slatino, Malaya Danilovka, Çerkassı Tişki, Vesele, Kutuzovka, Mospanovo, Qusarovka, Çepil və Novaya Nikolaevka yaşayış məntəqələrinin ərazilərində helikopterlərdən, tanklardan, minaatanlardan, toplardan və raket artilleriyasından hücumlar qeydə alınıb. Rus işğalçıları Şestakovo və Pobeda yaxınlığındakı əraziləri uzaqdan minaladıb.
Slavyansk istiqamətində düşmən öz bölmələrinin taktiki mövqeyini yaxşılaşdırmağa çalışır. O, Krasnopolye və Boqorodiçnı yaxınlığında minaatanlardan, toplardan və raket artilleriyasından atəş açıb.
Ukraynalı müdafiəçilər düşmənin hücumunu dəf edərək Dolina qəsəbəsi ərazisində onları geri qaytarıblar. Düşmən Mazanovka yaxınlığında da hücum əməliyyatları aparır, döyüşlər davam edir.

Bir sözlə, güclü ordusu olan Rusiya çətin vəziyyətdədir. Nə müharibəni bitirir, nə də dayandırır. İtkilər və dağıntılar isə hər gün davam etməkdədir. Təəssüflər olsun ki, Türkiyə və digər dövlətlərin sülh və barış təklifləri də nəticə vermir.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN