booked.net booked.net  

Ucar rayonunun Bərgüşad kəndində yaşayan qazi Samir Abbaslı ona əlillik verilməməsindən şikayət edib.

O, KİV-lərə müraciət edərək anadangəlmə ürək çatışmazlığı diaqnozu ilə xidmətdən kənarlaşdırıldığını bildirib: “Mən 2012-ci ildə Xüsusi Təyinatlı Dəstələrdə qulluq etmişəm. 2020-ci ildə Müddətdən Artıq Xidmət Edən (MAXE) kimi Silahlı Qüvvələrin tərkibinə daxil olmuşam. Bundan 3 ay sonra isə Vətən müharibəsi başladı. İkinci Qarabağ müharibəsindəki döyüşlərdə iki dəfə çoxsaylı qəlpə yarası aldım. Ağdərə istiqamətində gedən döyüşlərdə oktyabr ayının 1-i və 21-də yaralandım.

Ucar rayon xəstəxanasında müalicə aldıqdan sonra xidmətimə davam etmək üçün geri qayıtdım. Amma bir müddət sonra bizi “Papanin”ə (hərbi hospital nəzərdə tutulur - red.) apararaq, tibbi yoxlamadan keçirdilər. Orada məndə anadangəlmə ürək çatışmazlığı olduğunu dedilər. Buna görə də məni xidmətdən uzaqlaşdırdılar. Əgər məndə anadangəlmə qüsur olsadı, Xüsusi Təyinatlı Dəstədə qulluq edə bilməzdim. Əgər qüsurum olubsa, necə əsgərliyə getmişəm, yoxdursa, niyə xidmətdən çıxarılıram? Üstəlik, mənə əlillik də vermirlər”.

Şikayətçi bildirib ki, indiyədək nə qədər müraciət etsə də, əlillik dərəcəsi ala bilməyib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə getdim, amma oradan məni Əlillərin Bərpa Mərkəzinə yönləndirirlər. Əlillərin Bərpa Mərkəzinə gedirəm, oradan isə mənə deyirlər ki, get, kimə şikayət edirsən, et, bizlik deyil.

Bu barədə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya məktub yazacağam ki, şikayətimə baxmırlar”.

S.Abbaslı ailəli və 2 övladı olduğunu, işləmədiyi üçün ailəsinə baxa bilmədiyini və hazırda çox pis vəziyyətə düşdüyünü bildirib.

E.ŞİRİNOV  

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN