booked.netbooked.net booked.net  

Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küçəsi, ev 106 Q ünvanında yaşayan Elmir Məhərrəmov "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundovdan şikayətçidir. E.Məhərrəmov  İ.Axundov tərəfindən aldadıldığını və nəticədə külli miqdarda ziyana düşdüyünü bildirib.

Bu barədə o, mətbuata açıqlamasında deyib.

Şikayətçi bildirib ki, 15 iyul 2012-ci il tarixdə "Şərur İnşaat"a Yasamal rayonunda tikintisini apardığı bina üçün 26 min 520 manat dəyərində şifer məhsulu versə də, bu günədək həmin pulu ala bilmir: "Bu məqsədlə dəfələrlə "Şərur İnşaat"ın rəhbəri İsfəndiyar Axundovun qəbulunda olmuşam, dayımla birlikdə bir neçə dəfə müraciət etmişik ki, kasıb adamam, mənim pulumu qaytarın. O isə mənə girov kimi bir başqasının adına olan mənzilin sənədini təqdim edib və bildirib ki, pulu verəndə sənədi qaytararsınız".

E.Məhərrəmov bildirib ki, "Şərurlu İsfəndiyar" tərəfindən girov qismində ona təqdim olunan sənədlərdə mənzil müdafiə nazirinin sabiq birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Nəcməddin Sadıkovun qaynı Gərəyxan Abdullayeviç Gərəyxanovun adınadır: "İsfəndiyar Axundov girov qismində mənzilin sənədini verdikdə dedi ki, 26 min 520 manat borcu 2 ay ərzində ödəyəcək. Lakin üzərindən 10 il keçməsinə baxmayaraq, hələ də pulumu ondan ala bilmirəm. Onu da qeyd edim ki, İsfəndiyar Axundov borcu 2 ay müddətinə qaytaracağına dair söz verdikdən bir müddət sonra öyrəndim ki, girov qismində sənədi verilən mənzil Nəcməddin Sadıkovun qaynı Gərəyxan Abdullayeviç Gərəyxanovun adınadır.

Sahəsi 62 kvadrat metr olan həmin mənzil mənim şifer veridiyim binanın, daha dəqiq desəm, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xiyabani küçəsi 18 ünvanındakı 14 mərtəbəli yaşayış evinin 1-ci blokunun 5-ci mərtəbəsində yerləşir. Bir qədər sonra isə məlum oldu ki, həmin mənzili 4-5 nəfərə satıblar. Beləcə, İsfəndiyar Axundov bu günə kimi məni aldadaraq pulumu vermir. Deyir ki, hara gedirsiniz, kimə şikayət edirsinizsə edin, pulu verməyəcəm".

"Şərurlu İsfəndiyar" tərəfindən hədə-qorxuya məruz qaldığını iddia edən Elmir Məhərrəmov məsələ ilə bağlı ölkə başçısı İlham Əliyevə və Baş prokuror Kamran Əliyevə rəsmi qaydada məktubla müraciət etdiyini də bildirib: "Lakin bunun da heç bir faydası olmayıb. Bu ilin may ayının 27-də isə Bakı şəhər prokurorunun qəbulunda olmuşam. O deyir ki, bu iş mülki məsələdir. Halbuki İsfəndiyar Axundov aldatma, etibardan sui-istifadə yolu ilə pulumu alıb və hələ də qaytarmır. "Şərurlu İsfəndiyar" kimi şəxslər onun-bunun adından istifadə etməklə var-dövlət yiyəsi olub. Onun o qədər pulu var ki, hara gedirik bütün qanunverici orqanları susdurur".

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN