Bakıda  "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri" mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə hibrid formatda beynəlxalq konfrans keçirilib.

ETSN-dən əldə etdiyimiz məlumata görə, konfransın işində Xəzəryanı ölkələrin mütəxəssisləri, beynəlxalq təşkilatların nümayəndələri və xarici ekspertlər iştirak ediblər. Konfransda AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Yer Elmləri Bölməsinin Elmi şurasının sədr müavini, Neft və Qaz İnstitutunun baş direkoru, akademik Fəxrəddin Qədirov, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, c.e.d. Zakir Eminov və digərləri iştirak ediblər.

Konfransı açıq elan edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tədbir iştirakçılarına videoformatda müraciət edib. Müraciətdə o, Xəzər dənizinin aktual problemləri, bu sahədə ölkəmizdə görülən tədbirlər, milli və regional uyğunlaşma planlarının və “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası” timsalında regional əməkdaşlığın əhəmiyyəti barədə məlumat verilib.

AMEA adından akademik Fəxrəddin Qədirov tədbir iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzulayıb. O, konfransdakı məruzəsində AMEA institutlarında Xəzər dənizinin səviyyə dəyişmələrinin müasir metodlarla tədqiq edildiyini və əldə edilən bəzi yeni elmi nəticələri iştirakçıların diqqətinə təqdim edib. Xəzər dənizi regionunu 21-ci əsrin neft biznesinin mərkəzlərindən birinə çevrildiyini qeyd edən məruzəçi bununla yanaşı, regionun geodinamik və ekoloji problemlərinin, iqlim dəyişmələri və səviyyə tərəddüdləri ilə əlaqəsinin elmi araşdırılmasının aktual problem olduğunu xüsusi qeyd edib. Akademik F.Qədirov Xəzərin səviyyə tərəddüdləri səbəblərinin öyrənilməsi və proqnozu məqsədi ilə Xəzər ətrafı dövlətlərin alimlərindən ibarət konsorsiumun yaradılmasının və birlikdə tədqiqatların aparılmasının məqsədə uyğun olduğunu vurğulayıb.

Məruzədə qaldırılan problemlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

E.ŞİRİNOV        

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN