""Güzəştli mənzil" sistemi vasitəsilə bu il martın 30-da keçirilmiş mənzil seçimi zaman eyni anda eyni İP ünvandan bir neçə mənzilin alınması müəyyən olunub".

Bunu Dövlət Təhlükəsizlik Xidmətinin rəsmisi Günel Hüseynova Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilə birgə keçirilən mətbuat konfrasında deyib.

"Bu faktla istintaq baş idarəsi tərəfindən aparılmış istər təqsirləndirilən şəxslər istərsə də adlarına seçim olan şəxslərlə bağlı kifayət qədər dəlillər toplanılıb. Bundan başqa istintaq texniki imkanlardan istifadə edərək təqsirləndirilən şəxslər tərəfindən məlumatların dəyişdirilməsini təmin edən kiber proqramlarin kiber hücumlarının izlərini müəyyən edib.

Güzəştli mənzil seçimi prosesində 6 saniyə ərzində 1 nəfər, 7 saniyə ərzində 18 nəfər, 8 saniyə ərzində 52 nəfər, 10 saniyə ərzində 78 nəfər mənzil seçimi edib. Bu seçimləri birbaşa vətəndaşların özləri etməyib. Onların əvəzinə informasiya sahəsində xüsusi bilikləri olan şəxslər mənzilləri seçib və yaxud kiber proqramlardan istifadə olunub. Bu yolla seçilən mənzillər ümumi mənzillərin yarıdan çoxunu təşkil edir", - deyə o, qeyd edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN