Türkiyə istehsalı olan “Bayraktar AKINCI B” TİHA-Pilotsuz Döyüş Aparatları (Taarruzi İnsansız Hava Aracı) AKINCI Uçuş Tədris və Test Mərkəzində foto və video çəkilişləri üçün bir araya gətirilib.

Bu məqsədlə Türkiyənin Çorlu bölgəsində yerləşən test mərkəzində yeddi dron ilk dəfə bir yerdə nümayiş etdirilib. Sınaqları tamamlanan döyüş aparatlarından dördü yaxın günlərdə qardaş ölkənin Hərbi Hava Qüvvələri Komandanlığına təhvil veriləcək. Digər üçü isə Çorlu Hava Meydan Komandanlığında təlim və sınaq fəaliyyətləri üçün istifadə edilir.

Türkiyənin Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi ilə həyata keçirilən “AKINCI” layihəsi çərçivəsində ölkəni texnologiya lideri “Baykar Makine” şirkəti tərəfindən yerli imkanlarla ərsəyə gətirilən “Bayraktar AKINCI” TİHA-nın inkişaf və istehsal prosesi davam edir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN