Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Tezadlar.az-a verilən məlumata görə, Şamaxı rayonu, Qaravəlli kəndində fiziki şəxs Zayıdov Toğrul Malik oğluna məxsus marketdə yoxlama aparılıb.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə, sanitariya norma və qaydalarına, gigiyena normativlərinə əməl olunmadığı aşkar edilib. Belə ki, mal qonşuluğu prinsipinin pozulduğu, ağzı kip bağlanan, qoxu yaymayan qapaqlı tullantı qablarından istifadə edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılması ilə əlaqədar icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN