Avropa Parlamentində Gürcüstanın Avropa İttifaqı ilə Assosiasiya Sazişinin icrasına dair illik hesabatı təqdim olunarkən Gürcüstan yenidən ciddi tənqid olunub.

TEZADLAR.AZ xəbər verir ki, Avropa Parlamentinin üzvləri ölkədə islahatların həyata keçirilməməsi, de-oliqarxizasiya termininin qavramı, Mixeil Saakaşvilinin və Nika Qvaramiyanın həps olunması kimi məsələlərdə Gürcüstanı ciddi tənqid ediblər. Avropa Parlamentinin deputatı Miriam Leksman çıxışında Gürcüstanda keçmiş prezident Mixeil Saakaşvili və Nika Qvaramiya kimi siyasi məhbusların olduğunu deyib: "Gürcüstan bir vaxtlar Şərq Tərəfdaşlığında lider olub, indi isə geriləyib. Bir oliqarx siyasi həyata təsir etməkdə davam edir və biz bu ölkədə keçmiş prezident Mixeil Saakaşvili və müxalifət telekanalının direktoru Nika Qvaramiya kimi siyasi məhbusların olduğunu görürük", - deyə Leksman bildirib. Digər bir deputat Rasa Yukneviçyen isə Avropa İttifaqının tələb etdiyi de-oliqarxizasiya məsələsinə toxunub və Bidzina İvanişviliyə sanskiya tətbiq olunması məsələsini yenidən gündəmə gətirib: “Əgər Gürcü Arzusu Avropa Komissiyasının təklifində qeyd olunan de-oliqarxizasiyanın nə demək olduğunu başa düşmürsə, mən onlara izah edəcəyəm - bu, Gürcüstanın de-Bidzinazasiya, yaxud de-İvanişvilizasiyası deməkdir. Gürcüstan əhalisi bir İnsanın girovluğunda qalmamalıdır. Biz sanksiyalardan danışdıq və bu istiqamətdə işi davam etdirməli, bu ideyanı irəli sürməliyik və bu məsələni yenidən qətnamədə qeyd etməliyik. Bu ölkə, sözün açığı, Kremlpərəst siyasətdən azad edilməlidir", - deyə Yukneviçyen qeyd edib. Avropa Parlamentinin digər deputatı Marketa Gregorova isə ölkədə edilməli olan islahatlardan danışıb: "Seçki islahatlarına və seçki kampaniyaları zamanı daim müşahidə olunan problemlərin aradan qaldırılmasına, həmçinin Venesiya Komissiyasının tövsiyə etdiyi ədliyyə sahəsində islahatlara ehtiyac var. Bundan əlavə, korrupsiyaya qarşı mübarizə aparan, bütün halları qərəzsiz araşdıracaq, norma və prinsiplərə əməl olunmasını təmin edəcək effektiv xidmətlərin yaradılması vacibdir. Bu, korrupsiyaya, oliqarxlaşmaya və dövlət ələ keçirilməsinə qarşı mübarizənin ən mühüm hissəsidir”, - deyə Gregorova qeyd edib.

24news.ge.

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN