Avropa İttifaqına üzv ölkələr ümumilikdə 13,8 milyard avroluq Rusiya aktivlərini dondurub.

Bu barәdә Avropa İttifaqı Komissiyasının komissarı Didye Reynders bildirib.

Didye Reynders  Avropa İttifaqına üzv ölkələrin ədliyyə nazirlərinin Çexiyanın paytaxtı Praqada keçirilən qeyri-rəsmi görüşü zamanı  mətbuata açıqlama verib.

Reynders deyib: “Hazırda 13,8 milyard avroluq Rusiya aktivlәri  dondurulub’’

Didye Reyndersin mәlumatına görә, dondurulmuş aktivlərin əksəriyyəti (12 milyard avrodan çoxu) Aİ-nin yalnız beş ölkəsinin payına düşüb.

Reynders dondurulmuş aktivlərin müsadirə edilməsi və Ukraynanın yenidən qurulmasında istifadə edilməsi ilә bağlı yay tətilindən sonra üzv dövlətlər arasında razılığın əldə olunmasının gözlәndiyini bildirib.

Aİ indiyədək 98 şirkәt vә aralarında  Rusiya prezidenti Vladimir Putinin dә olduğu 1158 nəfərin aktivlərini dondurub, onların Aİ-yə girişini qadağan edib, hәmçinin  neft embarqosu da daxil olmaqla 6 sanksiya paketini tәsdiqlәyib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN