İsmayıllı Olimpiya İdman Kompleksində cüdo idman növü üzrə Vətən müharibəsi şəhidləri Orxan Lətiflinin və Tural Şıxızadənin xatirələrinə həsr olunan 2007-2009–cu il təvəllüdlü gənclər arasında İsmayıllı rayon açıq birinciliyi keçirilib.

İsmayıllı, Ağdaş, Göyçay, Ağsu, Ucar, Şamaxı və Qobustan rayon komandalarının qatıldıqları birincilikdə rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhid valideynləri iştirak ediblər.

Bölgə müxbirimiz xəbər verir ki, yarışlardan əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib, vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra yarışlara start verilib. 176 nəfər idmançının iştirak etdiyi, gərgin və yüksək iradə nümayişi ilə keçən yarışın yekununda qaliblər təşkilatçılar tərəfindən diplom və medallarla mükafatlandırılıblar.

Qeyd edək ki, mükafatın sayına görə komanda hesabında birinci yeri İsmayıllı, ikinci yeri Qobustan və üçüncü yeri Şamaxı komandaları tutub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN