Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın şimalında PKK-YPG terror təşkilatına qarşı daha bir uğurlu əməliyyat keçirib.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının həyata keçirdiyi xüsusi antiterror əməliyyatı nəticəsində “Kendal erməni” ləqəbli terrorçu Şahin Tekintanğac məhv edilib.

Bildirilir ki, əvvəllər Ağrı, Qars, Van, Bingöl və Bitlis bölgələrində terrorçuluq fəaliyyəti ilə məşğul olan “Kendal erməni”nin yerləşdiyi məkan təsbit edilib və o, MİT tərəfindən dəqiq atəşlə zərərsizləşdirilib.

Türkiyəyə qarşı bir sıra ağır terror aktları törədən “Kendal erməni” PKK-YPG terror təşkilatının Kobani üzrə aparıcı şəxslərindən biri olub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN