Hindistanda fişəng istehsalçısının evində baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb,

səkkiz nəfər yaralanıb.

Bu barədə AZƏRTAC xarici mətbuata istinadla xəbər  yayıb.

Qeyd edilir ki,  hadisə Hindistanın Bihar əyalətinin Saran rayonunda baş verib.

Partlayış nəticəsində evin bir hissəsi dağılıb, qalan hissəsi isə yanıb. Polisin məlumatına görə, ev binanın böyük hissəsi çökdüyü çayın sahilində yerləşir. Yaralılar rayon xəstəxanasına çatdırılıblar.

Polis dağıntılar altında insanların qala biləcəyini istisna etmir.

TEZADLAR.AZ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN