Toyuğu bəhanə edib yardım vermirlər

Quba rayonunun Gəray kənd sakini Əzizov Fəxrəddin İspat oğlu ünvanlı sosial yardım ala bilməməsindən şikayət edir.

Onun sözlərinə görə, 8 nəfərlik ailəsi çox böyük çətinliklə dolanır: “İş yerləri olmadığına görə sosial yardım almaq üçün müraciət etdik. Gəlib yoxlayıb bir bəhanə ilə imtina qərarı verdilər. Prezidentimizin kasıb təbəqə üçün ayırdığı sosial yardımdan niyə bizə vermirlər? Müvafiq qurumlara etdiyimiz şikayətlərə isə baxan yoxdur...”.

Gəray kəndinin digər sakini Hacıyev Şahin Sadiq oğlu da ünvanlı sosial yardım ala bilmir. Onun sözlərinə görə, 10 ay əvvəl sosial yardım almaq üçün müraciət etsə də, müxtəlif bəhanələrlə ona yardım ayrılmayıb: “Bir dəfə toyuğu, bir dəfə də həyatyanı sahəni bəhanə ediblər. 6 dəfə ərizə dəyişmişəm, aidiyyəti qurumlarda xahiş edirəm ki, mənim ailə vəziyyətimi nəzərə alsınlar. Mənə kömək etsinlər”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN