Bakı Ağır Cinayətlər Məhkəməsində uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş və hazırda külli miqdarda dələduzluqda təqsirləndirilən Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs vəsatət verib. O bildirib ki, zərərçəkmişlərə dəymiş ziyanı ödəməyə hazırdır.

"Mən dəymiş ziyanın bir hissəsini çöldə olarkən ödəmişəm. Həbs olunandan sonra dəymiş ziyanı ödəyə bilmədim. Əgər məhkəmə istintaqı dövründə azadlıqda olaramsa, qalan məbləği də ödəyərəm. Ona görə də xahiş edirəm mənim barəmdəki həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edəsiniz", - təqsirləndirilən şəxs deyib.

Məhkəmə vəsatətlə bağlı qərar qəbul etmək üçün müşavirəyə yollanıb.

Müşavirədən sonra vəsatət təmin edilməyib.

İş üzrə məhkəmə prosesi avqustun 1-nə təyin edilib.

Qeyd edək ki, Vüqar Səfərli bir neçə vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı külli miqdarda dələduzluq edib. Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır.

Vüqar Səfərlinin əməlindən ən çox zərər çəkən isə tanınmış blogger Sabina Katanovadır. Ona 130 min manatdan çox zərər vurub.

Vüqar Səfərli əvvəllər kollegiyanın üzvü olub. O, bir müddət əvvəl kollegiyadan uzaqlaşdırılıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN