Rusiya Prezident Aparatının mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Rusiyanın Odessa limanında yalnız hərbi infrastruktura hücum etdiyini etiraf edib.

"Hücumların taxıl daşınması müqavilələrini həyata keçirmək üçün istifadə edilən infrastrukturla heç bir əlaqəsi yoxdur. Bu, daşınma prosesinin başlanmasına təsir göstərmir və göstərməməlidir", - o, deyib.

 “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında 22 iyulda "Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınması sazişi" imzalanıb. Taxıl daşınması ilə bağlı razılaşmanın əldə olunması üçün çox gərgin işlər gedib. Ancaq müqavilə həyata keçənə qədər yaradılan bəzi mexanizmlər yenə gözdən keçirilməlidir.  

  Rusiyanın taxıl və gübrə istehsalçılarına tətbiq edilən dolayı məhdudiyyətlərlə bağlı BMT də öz öhdəliklərini yerinə yetirməlidir. Birbaşa məhdudiyyətlər yoxdur, lakin bu daşınmaların tam həyata keçirilməsinə mane olan dolayı məhdudiyyətlər vardır ki, bu da beynəlxalq bazarlar, xüsusən də aclığın baş qaldırmağa başladığı regionlar üçün çox zəruridir. Bu, həqiqətən də vacibdir”, - deyə  Peskov vurğulayıb.

  O, iyulun 23-də Odessa limanına raket hücumu ilə bağlı jurnalistlərə bunları bildirib: "Hücumlar yalnız hərbi infrastruktura aiddir. Bunun taxıl daşınması müqaviləsinin həyata keçirilməsi üçün istifadə olunan infrastrukturla heç bir əlaqəsi yoxdur. Daşınma prosesinin başlanmasına bu təsir etmir və etməməlidir" (TRT).

Xatırladaq ki, iyulun 22-də İstanbulda prezident R.T.Ərdoğan, Ukrayna və Rusiya tərəfləri, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin iştirakı ilə “Taxıl daşınması sazişi”nin imzalanma mərasimi keçirilib. Ərdoğanın təşəbbüsü ilə Türkiyə, Rusiya, Ukrayna və BMT arasında Ukrayna limanlarından taxıl məhsullarının daşınmasına dair sənəd imzalanıb.

İyulun 23-ü səhər saatlarında isə Rusiya Silahlı Qüvvələri Odessa dəniz ticarət limanına “Kalibr” tipli qanadlı raketlərlə zərbələr endirib.Ukrayna KİV-nin məlumatına görə, iki raket hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, ikisi isə liman infrastrukturunun obyektlərinə dəyib.

Həmin gün Odessada bir neçə partlayış olub. Şəhərdə hava hücumu xəbərdarlığı edilib.
Dmitri Peskov isə bu hücumun hərbi infrastruktura edildiyini bildirir və BMT-ni öz öhdəlikləriri yerinə yetirməyə səsləyir...
Y.MƏMMƏDLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN