İyul ayının 26-da saat 20:40-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin Qazax rayonunun 2-ci Şıxlı kəndi yaxınlığında 2 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən sərhəd pozucusu qismində saxlanılıb.

Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, saxlanılan şəxslərin Şəki rayon sakinləri - 1987-ci il təvəllüdlü Nəsibov Kamal Ramiz oğlu və 1991-ci il təvəllüdlü Əliyev Elnur Möhübbət oğlu olmaları, əraziyə K.Nəsibova məxsus “Priora” markalı 99 KG 752 dövlət nömrə nişanlı avtomobillə gəlmələri müəyyən edilib. Avtomobilə baxış zamanı salonun içərisindən çəkisi 7 qram narkotik vasitə maruxuanaya bənzər maddə, 2 ədəd tapança, 1 ədəd 16 mm çaplı ov tüfəngi, 5 ədəd patron, 1 ədəd cib bıçağı, 1 ədəd xəncər, 3300 azərbaycan manatı və 200 ABŞ dolları aşkarlanaraq götürülüb.

Hazırda Baş Prokurorluq və DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN