Şəmkir rayonunda  polis əməkdaşlarını da şoka salan dələduzluq əməli törədilib... 

Belə ki, Şəmkirin Cırdaxan kənd sakini Vilayət Məmmədov bazardan yanı balalı inək alıb. Bir neçə gündən sonra xəbər tutublar ki, buzov ögeydi. Yəni inək buzovun doğma anası deyil, ögey ana buzova gün-işıq vermir, vurur, buynuzlayır. İnək alanlar gedib polisə, ərizə yazıblar ki, inək satan bizi aldadıb. İnək satan da yoxa çıxıb. Polis də on günə məsələyə baxılacaq- deyib. İnək alan da deyir ki, on günə ögey ana yetim buzovu öldürər.
Bu barədə sosial şəbəkə istifadəçisi İradə Aytel paylaşım edib.
XXX
Dələduzda fərasətə bax! O, təkcə satıcını deyil, inəyi də aldatmağı bacarıb. İndi polis əməkdaşları baş sındırır ki, adamı başa düşdük, axı heyvanlarda instinkt güclüdür, o, inəyi necə aldadıb bazara gətirə bilib? Çünki heyvanlar yad balanı qəti yaxına buraxmır, yaxud öz balası yanında deyilsə, sahibinə tabe olmur, mələyib balasını axtarır...
XXX 
Gülmək üçün: tanışlardan birinin oğlu Texniki Universitetdə test imtahanı verirdi, məni də psixoloji dəstək üçün dəvət etmişdi... İmtahanlar başa çatdı, elan olundu ki, abituriyentlər çölə çıxır... Bu vaxt valideynlər qapının ağzında bir tıxac yaratdılar ki, gəl görəsən. Yazıq abituriyentlər qapıdan çölə çıxa bilmirdi, valideynlər də qapıya cumub uşaqları basıb əzirdilər və s. Bu cansıxıcı mənzərəni görüb qapıya tərəf cummaq istəyən tanışıma dedim ki, hara gedirsən? Dedi, yaxına gedim ki, uşaq çıxanda məni tapsın... Dedim, a kişi, bir dayan... Kəndə olanda yadımdadı, kolxozun 1000 baş quzusu vardı. Səhər qoyunları ağıldan (tövlədən) çıxaranda eyni vaxtda quzuları da analarını əmmək üçün açıb buraxırdılar... Min quzunun hər biri o mələşmə-qaçışmada öz anasını o saat tapırdı. İndi bu uşaqlar çıxıb öz anasını-atasını tapa bilməyəcək ki?! 
Ətrafda dayanıb irəli cummaq istəyən və bu sözü eşidən digər valideynlərin hamısı ayaq saxladı və dedilər, müəllim düz deyir, hara gedirsiniz? Uşaqlarda mobil telefon da var, zəng edib bizi tapacaqlar də... Həqiqətən də bir dəqiqə keçməmiş tanışımın uşağı yanında peyda oldu...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN