"Gürcü Arzusu" partiyasının təsisçisi və keçmiş Baş nazir Bidzina İvanişvili, baş nazir İrakli Qaribaşvilinin yerinə vəkili Viktor Kipianini təyin etmək istəyir.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə "TvPirveli" kanalı məlumat yayıb. Telekanal, yayılan bu məlumatın hakim komanda arasında qalmaqal yaratdığı və bir sıra qısqançlıq ortaya çıxardığını bildirir. Məlumatda deyilir ki, Oliqarxa (İvanişviliyə) sanksiyalardan qurtulmağa kömək edən vəkil müsahibəsində onun Gürcüstanın necə olması barədə düşündüyünü və planını yazdığını inkar etməyib.

Hüquqşünas deyib: “Hər ikinci gürcü siyasətə anadangəlmə (doğuşdan) baxır". O deyib ki, bütün dövlət qurumları bir növ xalqın xidmət təminatçısına çevrilməlidir. Qeyd olunur ki, vəkilin bu məlumatı nə inkar, nə də təstiq etməməsi və hər bir gürcünün doğuşdan siyasətə meyli olduğunu deməsi sözügedən məlumatları təsdiq edir.

24News.ge 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN