Vətən müharibəsi qazisi Elçin Paşayevin intihara cəhd etdiyi bildirilir.

Bu barədə jurnalist Həbib Müntəzir məlumat yayıb.

"Beyləqan rayonunun icra başçısı Asif Ağayevdən şikayət edən qazi Elçin Ədalət oğlu Paşayev damarlarını doğrayaraq intihara cəhd edib. Qazi deyir ki, dəfələrlə başçının qəbulunda olsa da, onu qəbul etməyib, o da bu addımı atmağa məcbur olub", - deyə jurnalist sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, qazi E.Paşayev Prezident İlham Əliyevin müvafiq sərənamları ilə "Qubadlının azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN