Ukraynadakı xüsusi əməliyyatın nəticəsindən asılı olmayaraq, Rusiyanın qərb ölkələri ilə konstruktiv qarşılıqlı əlaqə dövrü dönməz şəkildə keçib.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin xarici siyasətin planlaşdırılması departamentinin direktoru Aleksey Drobinin “Beynəlxalq həyat” jurnalının saytında yayımlanmış məqalədə deyib.

O, qərblə otuz illik əməkdaşlıq dövrünün başa çatdığını vurğulayıb.

 “Rusiya Federasiyasının Ukraynadakı xüsusi hərbi əməliyyatının müddətindən və nəticəsindən asılı olmayaraq, artıq qeyd etmək olar ki, Qərblə problemli olmasa da,ümumilikdə konstruktiv əməkdaşlığın otuz illik dövrü dönməz şəkildə başa çatıb”, - Drobinin bildirib.

Diplomat Şimali Amerika və Avropa ölkələri ilə münasibətə də toxunub:

“Aydındır ki, Şimali Amerika və Avropa ölkələri ilə münasibətlərdə də  fevralın 24-dən əvvəlki vəziyyətə qayıtmaq olmayacaq”, - Drobinin qeyd edib.

Xatırladaq ki, 2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb.

Artıq 6 aydır ki, Ukraynada dəhşətli müharibə gedir...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN