Dünən axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasındakı partlayış ilkin ehtimala görə, beşmərtəbəli binanın üçüncü blokunun üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Tezadlar.az bildirir ki, ətrafda yaşayan sakinlərin də əməkdaşımıza bildirdiyinə görə, hadisə qaz sızmasından törənmişdir. Məlumata görə, bu, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub. Nazirlikdən bildirilib ki, ilkin ehtimala görə, beşmərtəbəli binanın üçüncü blokunun üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində baş verib. Hadisə nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. FHN-in əməkdaşları tərəfindən bina sakinləri təxliyə edilərək hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

*** 

Yenə də vətəndaş məsuliyyətsizliyi belə bir partlayışa səbəb oldu. Nədən mənzildə yaşayanlar evdə qaz sızmasını duymayıblar və ya belə bir təhlükəni istifadə etdikləri məişət cihazında görə bilməyiblər?

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN