Kəlbəcər rayonunun Alagöllər hövzəsində qısamüddətli və lokal burulğan-tornado hadisəsinin əmələ gəlməsinin səbəbi elmə tam məlum olmasa da, versiyalardan biri isti və soyuq hava kütləsinin sürətlə fırlanaraq toqquşması və təzyiqin həddən artıq aşağı düşməsi olub.

Bu barədə Coğrafiya İnstitutunun şöbə müdiri coğrafiya elmləri doktoru Səid Səfərov bildirib.

İqlimşünas alim bu təbiət hadisəsinin yaranma səbəbləri, törədə biləcəyi fəsadlar, onun ölkəmizdə təkrarlanma ehtimalı və digər məsələlərə aydınlıq gətirib.

Bildirib ki, Azərbaycan üçün xarakterik sayılmayan bu hava burulğanı böyük sürətə malik olsaydı, hadisəni seyr edən insanlar üçün təhlükə yaradardı. ABŞ-da baş verən tornado zamanı xəbərdarlıq edilir və insanlar bunkerlərə yerləşdirilirlər. Alagöl üzərində baş verən tornado isə bunun kiçik variantıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN