İsrail ordusu Qəzza zolağında "İslam cihadı" qruplaşmasının iki liderini zərərsizləşdirib.

Bu barədə "Times of Israel" məlumat yayıb.

Məlumata əsasən, ötən gün son zamanlarda İsrailə qarşı terror və raket hücumlarının təşkilində fəal iştirak edən Xalid Mənsur zərərsizləşdirilib. Onunla birgə qruplaşmanın siyasi rəhbərliyinin üzvü Əhməd Madləl də zərərsizləşdirilib.

Xatırladaq ki, bir neçə gün öncə qruplşmanın hərbi qanadı "Əl-Qüds Briqadaları"nın komandiri Taysir əl-Cabiri zərərsizləşdirilib.

Qeyd edək ki, Avqustun 5-də İsrail Müdafiə Qüvvələri "İslam Cihadı" qruplaşmasına qarşı “Sübh” əməliyyatına başlayıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN