Bir qrup vətəndaş Prezidentə müraciət edib. Müraciət müəllifləri "AZEA Grup" MMC-dən şikayətçidirlər.

Şikayətçilər yazır ki, "AZEA Grup" MMC-nin onlara 12950 manat borcu var. Bildirilir ki, bu borcun 7650 manatı əmək müqaviləsi olmayan işdən, 5300 manatı isə Məmmədov Sadiq Paşa oğlu ilə bağlanmış əmək müqaviləsinə əsasən olan borcdur. Bu pulu şirkət vermir.

Müraciətdə daha sonra bildirilir: "Deyirlər ki, gedin kimə istəyirsiz deyin, bu pulu sizə verməyəcəyik. İşə başlayan zaman müqavilə bağalamaq istəsək də, "AZEA Grup" MMC-dən bizə şərt kəsdilər ki, müqaviləsiz işləyəcəksiniz, xoşunuzdur işləyin, xoşunuz deyil, qapı açıqdır, gedə bilərsiniz. Hər birimizin ailəsi var. Ailələrimizi rayonda qoyub gəlmişdik ki, bir tikə çörək qazanaq. Məcbur olub şirkətin bu şərti ilə razılaşdıq. Ehtiyacımız olmasaydı rayondan gəlib burda işləməzdik. Bizim pulumuzu niyə kəsirlər? Kimə deyək dərdimizi? Prokurorluğa deyirik, cavab verirlər ki, bizlik deyil. Əmək müfəttişliyinə müraciət edirik, onlar da bizi yola verirlər. Belə ki, gah yazırlar ki, "inzibati tənbeh vermə haqqında qərar qəbul ediblər", gah da yazırlar ki, "müəssə rəhbərliyi tərəfindən tələb olunan sənədlər təqdim edilmədiyinə görə müraciətin ətraflı araşdırılmasını başa çatdırmaq mümkün olmayıb".

Əmək müqaviləsi bağlamasaq da, cəlb olunmuş işlərdə üzərimizə düşən öhdəlikləri layiqincə yerinə yetirmişik. Amma "AZEA Grup" MMC şirkəti həmin görülən işlərə görə danışdığımız pulu ödəmək istəmir. Məmmədov Sadiq Paşa oğluna isə aylıq maaş yazıldığına baxmayaraq, həmin maaş şirkət tərəfindən mənimsənilib. Eyni zamanda, qeyd edək ki, Sadiq Məmmədovla "AZEA Grup" MMC arasında bağlanmış 01.05.2021-ci il tarixli əmək müqaviləsinə 10.01.2022-ci il tarixində xitam verilsə də, 11.02.2022-ci il tarixində onun hesabına əmək haqqı ödənilib.

Möhtərəm cənab Prezident!

Sizdən xahiş edirik, "AZEA Grup" MMC və onun vəzifəli şəxsləri haqqında ciddi tədbir görülməsinə və bizə dəymiş 12950 manat zərərin ödənilməsinə köməklik edəsiniz.

Hörmətlə: Məmmədov Sadiq Paşa oğlu, Həsənov Hüsən Böyükkişi oğlu, Həsənov Ülfət Hüsən oğlu, İbrahimov Kamal Mətləb oğlu və Omar Mextiyev".

Şikayətlə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN