Qəbələ rayonundan redaksiyamıza daxil olan məlumata görə, ETSN-in Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Vəndam meşəbəyliyinə aid meşə dolayında dövlət meşə fondu torpağı obyekt yeri kimi satılıb və artıq orada kafe tikmə üçün bir sıra tikini işləi – "besedka" deyilən bölmələr də tikiib. Lakin sözügedən obyektdə gedən tikililərin inşasına qadağa qoyulub.

Məlumatda qeyd edilir ki, sözügedən 3 ha yerə görə adının hallanmasını istəməyən sahibkar 55000 manat pul da ödəyib. Lakin sənədləşmə aparılmadığına görə tərəflər arasında narazılıq baş verib. Nəticədə, Vəndam sakni pullarını geri istəyib. Qəbələ RMTM-dən ona bildiriblər ki, pullar “yuxarı” gedib(?!), qaytarmaq mümkün deyil. Yerli sahibkar pullarının qaytarılması üçün bütün yuxarı orqanlara şikayətlər yazıb. Həmişə oluğu kimi, bu dəfə də Baş Prokurorluq məsələ ilə bağlı araşdırma aparılmasını ETSN rəhbərliyinə həvalə edib. Nazirliyin Meşə Depertameti rəhərliyinin Qəbələyə ezam etdiyi işçiləri Vəndam kəndi yaxınlğındakı meşə ərazisində “qanunsuz” tikilən bir neçə “besedkaya” görə sahibkara 50000 manatlıq cərimə aktı tərtib edib cəzalndırıblar.

Bundan sonra iş adamı yenidən yuxarı orqanlara şikayətlərini davam etdirib. Bu dəfə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arşdırmaya başlayıb. Məsələdən xəbər tutan ETSN-nin Meşə Deperament müdiri olmuş Namiq Xıdırov başlanmış istintaqdan yayınmaq üçün dərhal işdən çıxma barəsində əriəzsini yazıb.

Məsələ ilə bağlı son məlumatdan aydın olur ki, avqusun 4-də Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi araşdırma üzrə cinayət işinin başlanması üçün şikayətçi və meşə işçilərinə Bakıya gəlmələri tapşırılıb.

Araşdırma davam edir.

E.ŞİRİNOV  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN