Bu evlərin bir qismi işğaldan əvvəl Laçın sakinlərinin, digər qismi isə Azərbaycanlıların dağıdılmış evlərinin yerində erməni lobbisinin 2013-cü ildə inşa etdikləridir.

 Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Millət vəkili ermənilərin Laçından – Zabux kəndindən çıxarkən törətdikləri vandalizmi – evləri yandırmasını qeyd edib. 

 “1992-ci il Ermənistan işğalı nəticəsində Laçın rayonunda 13,8 min, o cümlədən Laçın şəhərində 1340, Zabux kəndində isə 100 ev dağıdılaraq məhv edilmişdi. İndi ermənilər Zabux kəndində 30 il işğal altında saxladıqları evləri yandırırlar. Bu evlərin bir qismi işğaldan əvvəl Laçın sakinlərinin, digər qismi isə Azərbaycanlıların dağıdılmış evlərinin yerində erməni lobbisinin 2013-cü ildə inşa etdikləridir. 30 ilə yaxın Azərbaycanlı evində qalan erməni ailələri avqustun 25-dək tərk etmələri olduqları ərazilərdə evləri yandırıb gedirlər”, - deyə bildirib.

O, qeyd edib ki, Laçın rayonunun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 109 təhsil, 142 səhiyyə, 217 mədəni-maarif müəssisəsi, 460 ticarət obyekti, 30 rabitə qovşağı ermənilər tərəfindən dağıdılaraq yandırılıb.

“Amma Laçın rayonu, o cümlədən Laçın şəhəri və Zabux kəndi yenidən qurulacaq və çox tezliklə həmin torpaqların əsl sahibləri öz ata-baba yurdlarına qayıdacaqlar”, - deyə Vüqar Bayramov qeyd edib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN