Ukrayna Ali Radası ölkədə hərbi vəziyyəti və ümumi səfərbərliyi yenidən 90 gün müddətinə uzadıb.

Bu barədə “Səs” fraksiyasından olan deputatı Yaroslav Jeleznyak teleqram səhifəsində bildirib.

Qeyd olunub ki, parlament bu gün hərbi vəziyyətin uzadılması haqqında 7664 saylı qanun layihəsini, eləcə də ümumi səfərbərlik müddətinin uzadılması haqqında 7665 saylı qanun layihəsini qəbul edib.

Hər iki sənədi 328 deputat dəstəkləyib.

Beləliklə, hərbi vəziyyət və səfərbərliyin müddəti avqustun 23-dən sonra daha 90 gün, yəni, noyabrın 21-dək uzadılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN