Krımın Simferopol vilayətinin Qvardeyskoye kəndindəki hərbi aviabazanın üstündə qara tüstü göyə qalxmaqdadır...

Tezadlar.az "Kommersant"a istinadla bildirir ki, bu barədə yerli sakinlər məlumat paylaşıb. Belə ki, Krımın Simferopol vilayətinin Qvardeyskoye kəndindəki hərbi aviabazanın üstündə qara tüstü buludları qalxması haqqında yerli sakinlər “Kommersant”a bildiriblər. Vətəndaşların sözlərinə görə, az əvvəllər hərbi obyektin ərazisində bir neçə partlayış səsi eşidilib. “Kommersant” mənbəsinin məlumatına görə, hərbi idarələr və hüquq-mühafizə orqanları sursat anbarına kiçik pilotsuz uçuş aparatının hücumu olması ehtimalını araşdırır. Qrozev hava bazasında 12 SU-24M və 12 SU-25SM təyyarəsinin olduğu bildirilir. Aerodrom Rusiya Hərbi Dəniz Qüvvələrinin bir hissəsi idi. 

Avqustun 16-da səhər saatlarında Cankoy rayonunun Maiskoye kəndi yaxınlığında döyüş sursatı olan yerdə yanğın baş verib. Avqustun 9-da günorta saatlarında isə  Rusiyanın işğalı altında olan Krımın Sakski rayonundakı Novofedorivka hərbi aerodromunda partlayışlar baş verib. Rusiya hərbi prokurorluğu araşdırmalar aparır... Rusiya Müdafiə Nazirliyi baş verənləri diversiya adlandırıb, bölgədə fövqəladə vəziyyət elan edilib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN