Vaşinqton Türkiyənin Qara dənizdə Ukrayna limanlarından taxılın sərbəst daşınmasının təmin edilməsinə yönələn səylərini alqışlayır.

“Biz Türkiyənin, Birləşmiş Millətlər Təşkilatı baş katibinin və Ukraynanın gəmilərin Ukraynanın Qara dənizdəki limanlarından çıxa  bilməsini təmin etmək üçün göstərdikləri səyləri çox yüksək qiymətləndiririk”.

Bunu Dövlət Departamentinin sözçüsü Ned Prays Türkiyə, Birləşmiş Millətlər Təşkilatı və Ukrayna rəhbərlərinin Lvov danışıqları ərəfəsində keçirilən brifinqdə deyib.

“Son hesablamalara görə, taxıl, qarğıdalı və ərzaq daşıyan 20-dən çox gəmi Ukrayna limanlarını tərk edib”, - deyə o bildirib.

Prays rusiyalı müxalifətçi, mühakimə olunmuş Aleksey Navalnının rusiyalı oliqarxlara qarşı sistematik sanksiyalar tətbiq etmək çağırışının şərhilə bağlı Ned Prays deyib: “Biz Rusiyanın Ukraynaya qarşı müharibəsinə görə cavabdeh olanların məsuliyyətə cəlb edilməsi üçün müvafiq addımları davam etdirəcəyik. Biz bunu dövlət başçısı, prezident Putinə qarşı etdik. Biz bunu onun əsas nazirlərinə: xarici işlər, müdafiə və onun yaxın çevrəsindəki digər nazirlərə, həmçinin Kremldən faydalanan yaxınlarına və oliqarxlara qarşı etdik”.

“Biz sanksiya orqanlarımızın hüquqi parametrlərinə uyğun gələnlərin təqib olunması üçün müvafiq orqanlardan istifadəyə davam edəcəyik. Tərəfdaşlarımız da eyni şeyləri davam etdirirlər və biz birlikdə sanksiyaların maksimum effektivliyi üçün onları avropalı və digər tərəfdaşlarımızın sanksiyaları ilə uyğunlaşdıracağıq”, – N.Prays deyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN