Görəsən, FHN generalları, yaxud da ETSN meşə yanğınları baş verən əraziləri real vaxtda izləyə bilirlərmi?

Bunu  “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun Prezidenti, eyni zamanda AzTU-da İctimai Şuranın üzvü Osman Gündüz son günlər bölgələrimizdə baş verən meşə yanğınlarından danışarkən bildirib.

 Q, qeyd edib ki, inkişaf etmiş ölkələr, son dövrlər isə bir çox qonşu ölkələr artıq fövqəladə halların qarşısını zamanında almaq üçün intellektual sistemlər qururlar.

 “Bildiyim qədər, Türkiyədə də ötən illər baş verən güclü yanğınlardan sonra, həm də bu tip sistemlərin daha da inkişaf etdirilməsinə üstünlük verirlər .

Yəni ölkələr təhlükələri - tutaq ki, meşə masssivlərində, qoruqlarda və parklarda yanğın ocaqlarını vaxtında müəyyən etmək üçün videomüşahidə sistemləri qururlar. Bununla bağlı texnologiyalar son zamanlarda yetərincə inkişaf edib.

Mərkəzləşdirilmiş rəqəmsal videomüşahidə sistemlərilə, dron və foto-video müşahidə həlləri ilə baş verən təhlükəli vəziyyətlərin fəsadlarını minimuma endirmək mümkündür”, - deyə o, bildirib.

 Ekspertin sözlərinə görə, hələlik bizdə bu tip sistemlər yetərincə inkişaf etməyib və ETSN-in bu istiqmətdə gördüyü işlərin nəticəsi yoxdur.

 “Bildiyimə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu istiqamətdə müəyyən addımlar atsa da real nəticələr hələlik ortada yoxdur.

Baxıram ki, Fövqəladə Hallar Nazirliyi indiyədək heç "112 zəng xidmətinin" mobil versiyasını, həmçinin “112 mobil xidməti” də işə sala bilməyibmiş.

FHN-nin “112 mobil xidməti”nin mövcud olmadığı haqda dəfələrlə yazılıb və deyilib.

Hətta 5 il öncə bu tip bir mobil tətbiq istifadəyə də verilmişdi. Lakin sonradan bu yığışdırıldı və hazırlanması üzərində işlər aparıldığı bildirilsə də indiyədək reallaşmayıb. Xatırlayıram ki, ötən il onu hazırlayan şirkətlərdən biri “112 mobil xidmət” tətbiqinin tam hazır olduğunu bildirmişdi.

Görünür, bizə məlum olmayan hansısa səbəblərdən bu vacib mobil xidməti işə salmaq indiyədək mümkün olmayıb”- ekspert vuğulayıb.

Ekspert dünyada, hətta qonşu ölkələrdə bu tip servislərdən effektiv istifadə və əhali ilə çevik əlaqələrin qurulması təcrübəsinə diqqət çəkərək əlavə edib ki,  Azərbaycanda DİN-in də mobil versiyaları yoxdur.

 “Daxili İşlər Nazirlyi də hazırlandığı haqqında mesajlar versə də, yetərincə effektiv işləyən "102 zəng xidməti"nin mobil versiyası , “102 mobil xidməti” hələ də ortada yoxdur.

Nə üçün gecikdirilməsi ilə bağlı DİN açıqlama verməyib...

Yaxşı olardı ki, ETSN də “EKO-RADAR”ın daha da təkmilləşdirilmiş mobil versiyasını işə salsın.

Biz hazırda meşə yanğınlarına qarşı vuruşan FHN-in, yanğınsöndürmə işlərinə cəlb olunanların əməyini, fədakarlığını və səylərini yüksək dəyərləndiririk.

Ümid edirik, zamanında qarşısını ala biləcəklər.

Bununla belə, düşünürəm ki, hökumət FHN və ETSN, “eGov”a cavabdeh qurumlar və digər aidiyyatı qurumlar müxtəlif növ fövqəladə halların, təhlükələrin zamanında qarşının alınması üçün, çeviklik və effektivlik, daha az itki ilə vəziyyətdən çıxmaq, həmçinin kütləvi və effektiv məlumatlandırmanın təşkili üçün rəqəmsal sistemlərin qurulmasına diqqəti və resursları xeyli artırmalıdırlar”, - Osman Gündüz deyib.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN