Onların vəzifəsi isə...

Tarixdə ilk dəfə olaraq iki qadın İsrailin xüsusi xidmət orqanı “Mossad”ın rəhbər vəzifələrində çalışır.

 Bu barədə “The Times of Israel” yazır.

Onlardan biri kəşfiyyat idarəsinə, ikincisi isə İran üzrə rəhbərlik edir. Yeni liderlərin adları barədə məlumat verilmir, yalnız onların baş hərfləri ivritcə məlumdur: “Alef” və “Kuf”.

“Alef” İranın nüvə proqramı, qlobal terrorizm, ərəb ölkələri ilə əlaqələrin normallaşdırılması ilə bağlı “Mossad” kəşfiyyat idarəsinin strategiyasının hazırlanmasına, həmçinin bütün kəşfiyyat əməliyyatlarında kəşfiyyata cavabdeh olacaq və əməliyyatda iştirak edən əməkdaşların hərəkətlərini idarə edəcək..

 “Kuf”un öhdəliklərinə təşkilatın İrandan gələn təhlükəyə qarşı strategiyası, həmçinin “Mossad”ın əməliyyat, texnologiya və kəşfiyyat bölmələrini digər təhlükəsizlik xidmətləri ilə əlaqələndirmək daxildir.

Xatırladaq ki, “Mossad” (ivritcə: המוסד למודיעין ולתפקידים מיוחדים) - kəşfiyyat və xüsusi təyinatlı əməliyyatlar həyata keçirən İsrail xüsusi xidmət orqanıdır.

İsrailin məxfi kəşfiyyat orqanı olan “Mossad” dünyanın ən effektiv və peşəkar işçi heyətlərindən birinə malikdir.

Bu xüsusi xidmət orqanı 1949-cu il 13 dekabr tarixində yaradılıb və mərkəzi ofisi Təl-Əviv şəhərində yerləşir. İşçilərinin sayı 1200 nəfərə çatır. Rəhbərlərinin adı əvvəllər məxfi saxlanılsa da, XX əsrin 90-cı illərindən etibarən rəsmi şəkildə elan olunur:

  • Reuven Şiloah (1949-53)
  • İsser Harel (1953-63)
  • Meir Amit (1963-68)
  • Zvi Zamir (1968-73)
  • Yitzak Hofi (1973-82)
  • Nahum Admoni (1982-89)
  • Şabtai Şavit (1989-96)
  • Danni Yatom (1996-98)
  • Efraim Halevi (1998-2002)
  • Meir Daqan (2002-2011)
  • Tamir Pardo (2011-2016)
  • Yossi Kohen (2016-hazırda).

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN