Türkiyənin Mardin vilayətinin Derik rayonunda ağır yol qəzası baş verib.

Əyləci partlayan qoşqulu yük maşını avtomobillərə çırpılıb və daha sonra yol kənarında olan insanların üzərindən keçib.

İlkin məlumata əsasən, hadisə nəticəsində səkkiz nəfər ölüb, çox sayda yaralı var.

Bölgəyə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.

Bundan əvvəl Qaziantep-Nizip yolunda baş verən yol qəzasında azı 15 nəfər ölüb, 22 nəfər isə yaralanıb. 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN