"Şikayətim Sədərəkdə təsərrüfat bazarı, 6-cı sıra, 83-85-ci mağazada yerləşən "Qua Granit"dəndir".

Bunu "Müştəriyəm, Şikayətim Var" sosial qrupundakı paylaşımında Rəşad Rəşidov adlı istifadəçi yazıb.

R.Rəşidov daha sonra yazır: "Aprel ayında ev üçün həmin mağazadan qranit almışam. Satanda satıcıya lazım olan qranit miqdarını desəm də, adam təkidlə mənə daha çox almağı, təmir bitəndən sonra artıq qalanları qaytarmağı məsləhət gördü. Hətta: "üstündən 5 ay da keçsə, qaytararsan, qardaş, heç bir problem yoxdur" deyən adama 15 gün qabaq artıq qalanları (6ədəd) qaytarmaq istədiyimi dedim. Cavabında isə müdiriyyət dəyişib, heç bir halda qaytara bilmərik, saxla özündə müştəri çıxsa, səndən alıb satarıq dedilər.

İndidən sonra qaytarsalar belə, aparıb mən onlara qranit qaytaran deyiləm. Bura yazmaqda məqsədimsə o mağazadan nəsə alanda ehtiyatlı olun, məni aldatdıqları kimi size də aldatmasınlar...".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN