Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu ölkə başçısına müraciət ünvanlayıb.

Müraciətdə deyilir: 

"Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və ona yaxın olan icra hakimiyyətinin bir qrup əməkdaşları, təyin etdiyi Qızılhacılı qəsəbə bələdiyyəsinin sədri Səbinə Həsənova artıq mənim canımı boğazıma yığıblar, yaşamaq istəmirəm.

2020-ci ilin dekabr ayında Qızılhacılı qəsəbə bələdiyyəsinə Goranboy RİH-nin icra başçısı Məhərrəm Quliyev tərəfindən sədr təyin edilən Səbinə Həsənova vəzifəsindən sui-istifadə edərək, bələdiyyənin təlimatına uyğun deyil, icra başçısı M.Quliyevin tapşırığı ilə işləyir, süründürməçiliklə, ədalətsizliklə məşğuldur.

2019-cu ilin aprel ayından valideynlərimin təsərrüfatından ayrılmışam. Sabiq Qızılhacılı qəsəbə ərazi üzrə icra nümayəndəsi və sabiq bələdiyyə sədri Məzahir Allahverdiyev məni 2019-cu ilin aprel ayında aldadaraq, müəyyən vədlər vermişdilər, həyətyanı torpaq sahəsi ilə təmin etməmişdilər.

2021-ci ilin iyun ayında Qızılhacılı qəsəbə Bələdiyyəsinin sədri Səbinə Həsənovaya mənə həyətyanı torpaq sahəsi verilməsi üçün rəsmi müraciətlər etdim, iştirakım olmadan özünə yaxın bələdiyyə üzvləri ilə birlikdə iclas təşkil etmiş, qanunsuz qərarlar çıxarmışdı.

Bununla bağlı aidiyyəti qurumlara müraciətlər etdim, Ədliyyə Nazirliyinin Regional Gəncə ədliyyə idarəsində qəbullarda oldum.

15.09.2021-ci il tarixində "qondarma çıxardığı qərarını ləğv edərək", mənə torpaq sahəsinin verilməsi üçün Sənədləşmə İşinə Başlanılması qərarını çıxarmışdı.

15.09.2021-ci il tarixində çıxardığı bu qərarı hələ də, çox təəssüflər olsun ki, bu günə kimi icra etmir, süründürməçilik edir.

2019-cu ilin aprel ayından bu günə kimi vətəndaşlara verilən həyətyanı torpaq sahələrinin və elə bələdiyyə üzvləri var ki, nə səbəbə iclaslarda iştirak etməyərək iclas protokollarına imzalar etməmələrini araşdırılması üçün hüquq-mühafizə orqanlarına, Bələdiyyələrlə İş Mərkəzinə dəfələrlə rəsmi qaydada yazıb, göndərsəm də, bu günə kimi çox təəssüflər olsun ki, araşdırılmır, yuxarıda adlarını qeyd etdiyim vəzifəli şəxslər barəsində heç bir tədbir görülmür, etdikləri əməllərə görə məsuliyyətə cəlb edilmirlər, müəyyən maraqlara görə etdikləri cinayətləri gizlədirlər.

Yuxarıda qeyd etdiklərimə görə artıq canım boğazıma yığılıb, mənə qarşı olunan süründürməçiliyi, ədalətsiliyi görməməyim üçün ölmək qərarına gəlmişəm".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN