Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində daha 12 nəfər Vətən müharibəsi əlili üçün peşə hazırlığı kurslarına başlanılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən əldə etdiyimiz məlumata görə, onlar 3-6 aylıq kurslarda kompüter istifadəçisi, bədii oyma, aşpaz köməkçisi və xalçaçılıq üzrə peşə bacarıqlarına yiyələnirlər. Kursları bitirdikdən sonra onlara peşə şəhadətnamələri veriləcək və məşğulluqları təmin ediləcək.

Mərkəzə qəbul olunan həmin qazilərdən bir qisminin Türkiyənin Antalya şəhərində əlilliyi olan şəxslər üçün təşkil olunan peşə-yaradıcılıq dərnəklərində təcrübə kursu keçmələri də təmin olunacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN