Nəhayət, bəlli oldu ki, Beynəlxalq Avrasiya Hərəkatının sədri, Rusiyanın ictimai-siyasi xadimi və Putinin yaxın silahdaşı kimi tanınan

Aleksandr Duqinin qızı, “United World International”ın baş redaktoru Darya Duqinin qətlinin motivləri açıqlanıb. Tezadlar.az "Ria-Novosti-yə istinadla bildirir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi yeni məlumat yayıb. Məlumatda bildirilib ki, cinayəti Ukrayna xüsusi xidmət orqanları hazırlayıb. Qeyd olunub ki, cinayətkar Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü Natalya Vovkidir. Məlumata görə, Vovki iyulun 23-də 12 yaşlı qızı ilə Rusiyaya gəlib, Darya Duqinin barəsində məlumat toplamaq üçün, onun yaşadığı binada mənzil kirayələyib. Cinayətkar jurnalisti müşahidə etmək üçün “Mini Kuper” avtomobilindən istifadə edib. Bundan əlavə, Rusiya Təhlükəsizlik Xidmətinin məlumatına görə, qətl baş verən gün Vovki və qızı Daryanın fəxri qonaq kimi dəvət olunduğu ədəbi-musiqi festivalında olub. Məlumatda qeyd olunur ki, avqustun 21-də Duqininin idarə etdiyi “Toyota Land Cruiser Prado” markalı avtomobil partladıqdan sonra Vovki və qızı Pskov vilayətindən keçməklə Estoniyaya gediblər.

XXX 

Məlumdur ki, ata Duqinin özü terroru dəstəkləyib. Hətta Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində belə o, Zelenskinin terrorla öldürülməsinin vacibliyini bildirmişdi. İndi onun qızı terrora qurban gedib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN